Nəcməddin Sadıqov qəzaya düşdü - 10 min dollar verdi ki... - VİDEO
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıqov Bakıda qəza törədib.
Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.
Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N.Sadıkqv qarşıdakı “Toyota Prius” markalı maşını vurub.
Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.
Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.
N.Sadıqov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır N.Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.