"Xocalı Bir Millətin Kədəri” və “25 böyüməyən uşaq” sənədli filmləri nümayiş etdirilibFevralın 25-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xocalı Bir Millətin Kədəri” və “25 böyüməyən uşaq” sənədli filmləri nümayiş etdirilib.

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Gənclər Mərkəzində təşkil olunan tədbirdə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, tədbir iştirakçılarına filmlər haqqında məlumat verilib. Filmlərin nümayişində məqsəd gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, gənclər arasında qan yaddaşımızın və Xocalı ilə bağlı həqiqətlərin təbliğidir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları İctimai Birliyi tərəfindən istehsal olunan “Xocalı Bir Millətin Kədəri” filmində Ermənistanın işğalçılıq siyasəti, azərbaycanlılara qarşı terror aktları, ötən əsrdə törədilən bəşəri faciə olan Xocalı soyqrımı şahidlərin dili, eyni zamanda faktlar və sənədlər əsasında tamaşaçılara çatdırılır. “25 böyüməyən uşaq” filmi isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İrəli" İctimai Birliyi tərəfindən çəkilib. Xocalıda hər iki valideynini itirən 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırım ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verilir.
Filmin nümayişində 50-yə gənc iştirak edib.



#Xocalı30 #Khojaly30 #Xocalı30il #xocalısoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeforKhojaly #HocalıKatliamı #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Xocalı ilə bağlı 75 ölkənin spikerinə məktub göndərilib"Bu günlərdə 75 ölkənin parlament sədrinə, 10 ölkənin rəhbərinə məktub göndərmişəm". 

Bunu Milli Məclisin bugünkü iclasında Xocalı soyqırımı haqqında danışan spiker Sahibə Qafarova deyib.

Sədr qeyd edib ki, məktub göndərilən rəsmilərə Xocalı soyqırımına lazımi qiymət verilməsi ilə bağlı öz ölkələrində fəaliyyət göstərmələri bildirilib. 

"Bununla bərabər Milli Məclisdə fəaliyyət göstərən xarici ölkələrin parlamentləri ilə işçi qrupunun üzvləri, deputatlar da həmkarlarına 65 məktub ünvanlayıblar. Bu məktubların hər birində Xocalı faciəsinin tanınmasi ilə bağlı çağırışlar qeyd olunub", - deyə spiker vurğulayıb.
Azərbaycan 1711 erməni əsgərinin cəsədini Ermənistana təhvil verib"2020-ci ilin noyabrından indiyə qədər azad olunmuş ərazilərdə mina partlayışından 37 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb".

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ermənistan xeyli vaxt mina xəritələrini Azərbaycana verməyib. Beynəlxalq ictimaiyyətin təzyiqi ilə 1 ildən sonra mina xəritələrini verdi. Eyni zamanda Ermənistan Birinci Qarabağ müharibəsində itkinlərlə bağlı məlumatları Azərbaycana verməyib. Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb”,- XİN başçısı deyib.
Rusiya hərbçiləri Kiyevə doğru irəliləyirRusiya hərbçiləri Kiyevin mərkəzinə doğru irəliləyir.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Rusiya hərbçiləri Obolon rayonundan sürətlə Kiyevin mərkəzinə doğru irəliləyən iki avtomobili ələ keçirib. Bu iki maşının ardınca Rusiya hərbi yük maşınlarının karvanı gəlir. Onlar mütləq zərərsizləşdiriləcək”, - deyə Ukrayna rəsmisi qeyd edib.
Azərbaycanda vəzifəli şəxslər həbs edildiAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görülən tədbirlər nəticəsində qeyd olunan qurumda müvafiq sektorda mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərin cəmi 12 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, araşdırma zamanı sözügedən qurumun müvafiq şöbəsində ekspert vəzifəsində işləmiş Araz Həsənli və vasitəçi-makler Nurlan Seyidovun qeyd olunan dövr ərzində Abşeron rayonu ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib olunması və çıxarışların verilməsi üçün müraciət etmiş vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr aşkar edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında 2022-ci il fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və Nurlan Seyidova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vahid Ələkbərov bir gündə 3,8 milyard itirdiRusiya milyarderləri ötən gün bazarın çökməsindən sonra ümumilikdə 39 milyard dollar itiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, ən çox itirən “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov olub:

“Fevralın 16-dan bəri rus milyarderləri 90 milyard dollar itirib. Rusiya fond bazarı ötən gün əsas hərracların nəticələrinə görə 33,28% dəyər itirib.

Cümə axşamı ən çox itki Vahid Ələkbərovda olub. Onun sərvəti 3,8 milyard dollar və ya 15,4% azalıb. “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşovun sərvəti 3,3 milyard dollar (11,3%) azalıb, ailəsi “Polyus” mədən şirkətinə nəzarət edən Süleyman Kərimov isə 2,6 milyard dollar (18,2%) itirib.

NLMK-nın əsas benefisiarı Vladimir Lisin 2,5 milyard dollar və ya 8,3% itirib. Faiz baxımından ən çox itirən “TCS Group”un təsisçisi Oleq Tinkovdur. Onun sərvəti 2 milyard dollar, yəni 52,2% azalıb.

“Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin 1,9 milyard dollar və ya 7% itirib”.
Düşmənin diversiya qrupu məhv edildi - UkraynaFevralın 25-i səhər saat 07:00-a olan məlumata görə, Donetsk əməliyyat bölgəsində vəziyyət nəzarət altındadır. Rusiya qoşunları Ukrayna ordusunun mövqelərini, şəhərləri və mülki infrastrukturu atəşə tutmaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahından məlumat verilib.

“Şastye, Stanitsa Luqanskaya, Lobaçevo və Belovodskaya bölgələrində gecə saatlarında düşmənin diversiya-kəşfiyyat qrupları dəfələrlə qoşunlarımızın arxasına keçməyə cəhd etsə də, vaxtında aşkar edilərək məhv edilib”, - məlumatda qeyd olunub.
21 min manat tələb edən sayt rəhbəri tutulduYevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15 min manat tələb etməsi barədə müraciət daxil olub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri - E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6 min manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ukraynada ümumi səfərbərlik elan olunduUkrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Avrasiya.net xəbər verir ki, səfərbərlik Vinnitsa, Volın, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpatsk, Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovograd, Luqansk, Lvov, Nikolaev, Odessa, Poltava, Rovenskaya, Sumı, Ternopol, Xarkov, Xerson, Xmelnitski, Çerkassk, Çetnovits, Çerniqov bölgələri, Kiyev şəhəri ərazisində elan edilib.

Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçiriləcək.