star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

ABŞ administrasiyasından Rusiyaya növbəti xəbərdarlıq

ABŞ administrasiyasından Rusiyaya növbəti xəbərdarlıqAğ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan vurğulayıb ki, ABŞ administrasiyası Rusiyanın yaxın günlərdə Ukraynaya hərbi müdaxilə planlaşdırdığına dair kəşfiyyat məlumatlarını hələlik təsdiqləmək istəmir, lakin ABŞ hər hansı bir qəfil hücumun qarşısını almağa çalışacaq.

“Biz hücum gününü dəqiq proqnozlaşdırmaq iqtidarında deyilik, lakin bir müddətdir ki, Rusiya ilə Ukrayna arasında işğalın və ciddi hərbi əməliyyatların istənilən gündə, o cümlədən qarşıdan gələn son həftədə başlaya biləcəyi vaxtın yetişdiyini deyirik.

Modern.az xəbər verir ki, CNN-ə danışan Sullivan, Rusiya hərbi qüvvələrinin sərhəddə öz imkanlarını o dərəcədə artırdığını, istənilən bəhanə ilə hücumu həyata keçirə biləcəyini söyləyib

“Onların (Rusiya hakimiyyətinin) öz qüvvələrini necə gücləndirməsindən, bu qüvvələrin necə manevr etməsindən çox yaxın gələcəkdə böyük hərbi əməliyyatların mümkünlüyü açıq şəkildə göz qabağındadır”, - deyə prezidentin müşaviri bildirib.

Bununla bağlı Bayden administrasiyası Ukraynadakı Amerika vətəndaşlarını işğal təhlükəsi səbəbindən tez bir zamanda ölkəni tərk etməyə çağırıb.

Pentaqonun sözçüsü Con Kirbi “Fox News” telekanalına müsahibəsində “Ukraynadakı amerikalısınızsa, oradan çıxmalısınız” deyib.

Ceyk Sallivan Rusiya qüvvələrinin potensial hərbi əməliyyatının konkret təfərrüatlarına varmayıb, lakin ABŞ-ın kəşfiyyat məlumatlarını Ukrayna və NATO müttəfiqləri ilə bölüşdüyünü vurğulayıb. O, xəbərdarlıq edib ki, Rusiyanın işğalı hər iki tərəfdən çoxlu sayda mülki itki ilə nəticələnəcək.

“Rusiyanın işğalı "raket və bomba zərbələri ilə başlayacaq" və ardınca "Ukrayna sərhədindən qurudan hücum" davam edəcək”, - Sallivan deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər