Potidə yeni doğulmuş körpəsini kanalizasiya borusuna atan ana saxlanıldı
Dərc olunub:
15-02-2022, 12:28
Potidə polis yeni doğulmuş körpəni kanalizasiya borusuna qoyan ananı saxlayıb. Körpə dünən ölü tapılıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı yerli mətbuat məlumat yayıb.
Körpənin kanalizasiyada ölü tapıldığı məlumata əsasən, qadın günahını boynuna alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 112-ci maddəsi ilə araşdırma aparılır.