Ukrayna Rusiyanın hərbi helikopterini və Su-25 hücum təyyarəsini vurubUkrayna Hərbi Hava Qüvvələri Rusiyanın hərbi helikopterini və Su-25 hücum təyyarəsini vurub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının feysbuk səhifəsində məlumat verilib.

Qeyd edilir ki, Rusiyanın hərbi helikopteri və Su-25 hücum təyyarəsi S-300 zenit-raket kompleksi ilə vurulub.

“Gecəyarı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus S-300 zenit-raket kompleksi Birləşmiş Qüvvələr əməliyyatı bölgəsində iki düşmən hədəfini - bir helikopteri və bir Su-25 hücum təyyarəsini vurdu. Yaşasın Ukrayna zenitçiləri”, - xəbərdə deyilir.
Kiyevdə partlayışlar başladıBu dəqiqələrdə Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilir.

Axar.az xəbər verir ki, Ukrayna mediası yerli vaxtla saat 02:00-dan sonra (Bakı vaxtı ilə 04:00) paytaxtın Desnyansk rayonunda güclü partlayış baş verdiyini yazır. Bunun ardınca partlayışlar ardıcıl müxtəlif istiqamətlərdən gəlir.

Teleqram kanallarında Kiyevin şimalındakı partlayışların görüntüləri yayılıb.
Desantla dolu Rusiya təyyarəsi məhv edildiUkrayna Hava Qüvvələri Kiyev yaxınlığında Rusiyaya məxsus İl-76 təyyarəsini vurub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Desantlarla dolu olan təyyarənin Kiyev vilayətinin Vasilkova rayonu səmasında vurukduğu qeyd edilib.

Bildirilib ki, təyyarəyə zərbə Ukrayna Su-27 ilə endirilib.

“Bu, Luqansk-2014-ün qisasıdır”, - deyə bildirilib.

Hazırda Vasilkovada şiddətli döyüşlər gedir. Rusiya ordusu əraziyə desant atmağa çalışır.
Zelenski: “Rusiya bu gecə Kiyevə hücuma hazırlaşırRusiya qoşunları bu gecə Ukraynanın paytaxtı Kiyevə hücum etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa yeni müraciətində bildirib.

“Hamımız bizi nə gözlədiyini başa düşməliyik. Biz bu gecəyə dözməliyik, Ukraynanın taleyi elə indi həll olunur. Gecə çətin olacaq. Çox çətin”, - Zelenski bildirib.

Dövlət başçısı şəhər sakinlərini maksimum diqqətli olmağa, hər hansı təhlükə yaranarsa, sığınacaqlara üz tutmağa çağırıb.
Xocalı soyqırımından 30 il ÖTÜRErmənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 30 il ötür.

Avrasiya.net xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Pakistanda Xocalı faciəsinin 30 illiyinə həsr olunan tədbirlər keçirilibBu gün Pakistanın İslamabad şəhərində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyi, eləcə də Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun tərəfdaşlığı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

İlk olaraq İslamabad şəhərinin mərkəzində yerləşən meydanların birində qrafik üsulla divarlara çəkilmiş Xocalı faciəsini özündə əks etdirən rəsm və foto sərgisi baş tutub.

Daha sonra, Qızlar üçün Dövlət Politexnik Universitetinin binasında Xocalı faciəsinin 30 illiyi ilə bağlı geniş tədbir keçirilib. Quran ayələri və Azərbaycan və Pakistanın milli himnlərinin səsləndirilməsi ilə başlanan seminarda Pakistanın Tədqiqat, İnkişaf və Planlaşdırma Komitəsinin sədri Şakil Əhməd, Qızlar üçün Dövlət Politexnik Universitetinin direktoru Şabana Arif, Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutun icraçı direktoru Qayser Navab çıxış ediblər.

Çıxışlarda Xocalı faciəsi insanlığa qarşı cinayət kimi dəyərləndirilib, Ermənistan hökumətinin Xocalı faciəsini tanıması ilə bağlı Srebrenisa Anım Muzeyi Kompleksinin direktor müavini Amra Beqiç tərəfindən irəliyə sürülən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin beynəlxalq kampaniyaya çevirdiyi “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsündən, pakistanlıların bu təşəbbüsə qoşulmasının vacibliyindən, eləcə də Azərbaycanın qələbəsi ilə bitən 44 günlük müharibədən sonra regionda sülhün bərqərar olunması üçün şəraitin yaranmasından bəhs edilib. Tədbir iştirakçıları onlayn “Xocalı:Barışıq üçün etiraf et” kampaniyasına da qoşulublar.

Növbəti tədbir olaraq pakistanlı gənc fəallar tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsi üçün parkların birində ağacəkmə aksiyası keçirilib.



Bloomberg Maliyyə Laboratoriyası haqqında ictimaiyyətə məlumat verilibUNEC Ömürboyu Təhsil Mərkəzinin rəhəbəri Qələndər Məmmədlinin moderatorluğu ilə UNEC Bloomberg Maliyyə Laboratoriyasının direktoru Əkbər Əsgərovla 25 fevral saat 18:30-da canlı yayım baş tutub.

Müzakirə mövzusu laboratoriya haqqında ümumi məlumat, onun istifadə qaydaları və təqdim etdiyi imkanlar barəsində olub. Azərbaycanda ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlamış və ölkədə ümumi olaraq maliyyə savadlılığı baxımından əhəmiyyətli yerə malik olan Bloomberg Maliyyə Laboratoriyasının qısa və uzun müddətli hədəfləri, fəaliyyət planı haqqında ictimayyətə məlumat verilib.

Hazırda UNEC-də UNEC Ömürboyu Təhsil Mərkəzi tərkibində fəaliyyət göstərən Bloomberg Maliyyə Laboratoriyası mərkəzin əsas fəaliyyət məqsədi olan davamlı təshil prinsipini öz fəaliyyət planında ehtiva edir.