Böyük Dəbilqə: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq
Bu gün Azərbaycanın daha 5 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Avrasiya.net-in məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədli Mehdiyev 1/8 final mərhələsində Nadav Zuratla (İsrail) üz-üzə gələcək.
Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margiani (Gürcüstan) ilə görüşəcək.
100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarla (Monqolustan), eyni çəkidəki Elmar Qasımov Robert Florentino (Dominikan Respublikası) ilə qarşılaşacaq.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.