Abşeronda bir ailənin 6 üzvü dəm qazından zəhərlənibAbşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Fatmayi kəndində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Nadirə Həsənqulu qızı, 1979-cu il təvəllüdlü İsmayılova Yeganə Həsənqulu qızı, 1995-ci il təvəllüdlü Abdullayeva Pərvin Əliabbas qızı, 1958-ci il təvəllüdlü Cəfərova Elmira Cəfər qızı, 2003-cü il təvəllüdlü İsmayılova Məleykə Sübhan qızı və 2005-ci il təvəllüdlü İsmayılova Nərmin Sübhan yaşadıqları evdə qızı dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Siqnal raketi atıldı: rus ordusu hücuma keçirNikolayev vilayətinin rəhbəri Vitali Kim rus ordusunu qarşılamağa hazırlaşdıqlarını bildirib.

O, müraciətində rus ordusunun siqnal raketləri haqda məlumat verib.

“Birinci ağ raket hücum hazırlığı, ikinci ağ raket hücuma başlanma işarəsidir. Yarım saat öncə ilk ağ raket buraxıldı, indi isə ikincisi. Beləliklə, “qonaqlar” gözləyirik”, - o bildirib.
Rusiyanın 11 desant gəmisi Odessaya gəlirRusiyanın 11 böyük desant gəmisi dənizə çıxıb və “macəra axtarır”.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç UNİAN-a deyib.

O bildirib ki, hərəsi bir alay desant daşımaq gücündə olan gəmilər Odessya yaxınlaşa bilər.

Arestoviç desant gəmilərinin dəqiq məqsədinin nə olduğunu bilmədiklərini də əlavə edib.
Belarus desantları sübh çağı Ukraynaya girəcəkBelarus desantları 28 fevral saat 05:00-da Ukraynaya uçmaq barədə əmr alıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Bysol Fondunun təsisçisi Andrey Strijak çıxış edib.

O, informasiyanın yoxlanıldığını bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş səhər saatlarında Belarusda olacaq. Danışıqla bağlı razılıq olduğu halda Belarus desantlarının Ukraynaya atılması mübahisəlidir.
"Mübariz Ukrayna xalqı bu günlərdə tək olmadığını gördü"Ukrayna xalqının haqq işini dəstəkləyən liderlər tarixdə ən böyük işlərdən birinə imza atmış sayılırlar. Nə xoş ki, onların arasında Azərbaycan və Türkiyə liderləri də var. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsin elan edilməsi, savaşın dayandırılması üçün vasitəçilik təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs heç şübhəsiz ki, alqışa layiqdir.

Ayrıca olaraq Azərbaycan Prezidenti Ukraynaya tibbi yardım göndərdi. Eləcə də SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri təcili tibbi yardım maşınlarının və yanğınsöndürən maşınların pulsuz yanacaqla təminatını həyata keçirəcəklər. Beləliklə, 44 günlük İkinci Qarabağ savaşında bizə dəstək verən, bizim yanımızda olan Ukrayna xalqı gördü ki, biz də Azərbaycan dövləti və Azərbaycan xalqı olaraq Ukraynanın yanındayıq.

Bütün bunlar dövlətimizin, liderimizin ən kritik məqamda dost Ukrayna xalqına səmimi dəstək nümayiş etdirməsi deməkdir. Xüsusən də həlledici məqamda Azərbaycanın vasitəçilik missiyası təşəbbüsü ilə çıxış etməsi bu kritik günlərdə Ukrayna üçün olduqca vacibdir. İlham Əliyevin həm Rusiya, həm də Ukrayna prezidentləri ilə telefon söhbəti zamanı Ukraynadakı hadisələri müzakirə etməsi Azərbaycanın vasitəçilik niyyətlərinin ciddiliyindən xəbər verir.

Ukrayna dövlətinin və xalqının bu ağır günlərində onun yanında olan, həm ukraynalıların, həm də rusların müharibədə həlak olmalarının qarşısını almaq üçün vasitəçilik təşəbbüsü ilə çıxış edən Azərbaycan və Türkiyə prezidentlərinə Milli Həmrəylik Partiyası olaraq təşəkkür edirik. Bölgəmizdə və dünyada baş verən proseslərə dövlət ağlı ilə yanaşmaq, müdrik siyasi zəka ilə mövqe sərgiləmək gerçəkdən də alqışa layiqdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Aİ Ukraynaya döyüş təyyarələri verəcəkAvropa İttifaqı (Aİ) ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

"Biz silah, döyüş silahı, hətta döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk", - o deyib.

Onun sözlərinə görə, Ukrayna qırıcı təyyarələr istəyib və bəzi üzv ölkələrdə onlara malikdir. "Nazir Kuleba bizdən Ukrayna ordusunun istifadə edə biləcəyi qırıcılar barədə soruşdu. Bəzi ölkələrdə belə təyyarələr var", - Borrel əlavə edib.
53 yaşlı kişi iş yerində intihar etdiGəncədə intihar hadisəsi baş verib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Şəhər sakini, 1969-cu il təvəllüdlü H.Abdullayev özünü çalışdığı iş yerinin çardağında kəndirlə asaraq intihar edib.

Faktla bağlı araşdırmalara başlanılıb.
Rus tankları Kiyevin 64 km-də: ağır zərbəyə hazırlaşır - FotoRusiya tankları Kiyevin 64 km-də kolon şəklində düzülüb.

Axar.az xəbər verir ki, bu barədə görüntünü ABŞ-ın "Maxar Technologies Inc.” şirkəti “Röyters”ə təqdim edib.

Ağır rus texnikası Kiyevin şimal-şərqində, İvankov qəsəbəsi yaxınlığındadır.

Həmçinin orda piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları var.
Avropa Birliyi Ukraynaya qırıcılar verirAvropa Birliyi ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.

Axar.az xəbər verir ki, bunu AB-nin Baş diplomatı Jozep Borrell deyib.

"Biz hətta Ukraynaya döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk", - o bildirib.