Sizin Reklam Burada

Dövlətə xəyanətdə təqsirləndirilən sayt redaktorunun cəzası azaldıldı

Dövlətə xəyanətdə təqsirləndirilən sayt redaktorunun cəzası azaldıldıAli Məhkəmədə dövlətə xəyanətdə təqsirləndirilən "xeberman.com" saytının redaktoru Polad Aslanovun cəzası azaldılıb.

Avrasiya.net-in məlumatına görə, Ali Məhkəmədə iş üzrə məhkəmə qərarı elan olunub.

Qərara görə P. Aslanovun cəzası 16 ildən 13 ilə endirib.

Xatırladaq ki, P.Aslanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunur.

DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər