Sizin Reklam Burada

İlham Əliyev:"Erməni soyadlı vətəndaşlar sərbəst şəkildə Azərbaycana gələ bilərlər"

İlham Əliyev:"Erməni soyadlı vətəndaşlar sərbəst şəkildə Azərbaycana gələ bilərlər""Müxtəlif dövlətlərin erməni soyadlı vətəndaşları Azərbaycana sərbəst şəkildə gələ bilərlər".

Bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün TASS-ın Baş Redaktorlar Klubunda Rusiya KİV rəhbərləri ilə keçirdiyi görüşdə deyib.

RT telekanalının baş redaktoru Marqarita Simonyanın erməni soyadlı vətəndaşların Azərbaycana girişinə qadağa qoyulması ilə bağlı sualını cavablandıran İlham Əliyev qeyd edib ki, bu məlumat həqiqətə uyğun deyil və etnik mənsubiyyətinə görə Azərbaycana giriş qadağası yoxdur.

"Ermənilərin Azərbaycana çoxsaylı səfəri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirində iştirak ediblər, Ermənistan komandası da qatılmışdı. Hətta xatırlayıram ki, mən şəxsən Ukraynanın bir nümayəndəsinə gümüş medal vermişəm. Milliyyətcə erməni idi, o, fəxri kürsüdə qızıl qazanan azərbaycanlı boksçunun yanında dayanmışdı”, - Əliyev izah edib.

Dövlət başçısı bütün ermənilərin katolikosu II Qareginin səfərini də xatırladıb.

"O, Bakıda erməni kilsəsində olub və təəccüblənib ki, biz bu kilsədə erməni dilində 5 mindən çox kitab saxlayırıq, özü də bunun şahididir. Mən çoxlu misallar çəkə bilərəm: deputatlar, ictimai xadimlər, başqa ölkələrin vətəndaşları... Vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik, ona görə də xahişimiz ondan ibarət idi ki, Ermənistan vətəndaşları və ya erməni soyadlı şəxslər Azərbaycana gəldikdə, xüsusən də Rusiyadan söhbət gedirsə, müvafiq orqanlara məlumat verilsin ”, - deyə İlham Əliyev əlavə edib.

Prezident Azərbaycanda hələ də müəyyən sayda ermənilərin yaşadığına və onlara qarşı heç kimin heç bir iddia qaldırmadığına diqqət çəkib.

Ölkə rəhbəri M.Simonyanı çəkiliş qrupu ilə Azərbaycana səfərə və bu qadağaların olmadığını şəxsən yoxlamağa dəvət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər