Cüdo üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib
26 Fevral Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət” şüarı altında fevralın 23-də şəhər stadionunun idman zalında keçirilən yarışda 40-a yaxın cüdoçu 8 çəki dərəcəsində qüvvəsini sınayıb. Açılış mərasimində soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilərəkyarışın məqsədi haqqında iştirakçılara ətraflı məlumat verilib. 2008-2010-cu yeniyetmələr arasında təşkil olunan birincilik soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi, cüdo idman növünün yeniyetmələr arasında təbliğ olunması, həmçinin idman yarışlarının kütləviliyinin artırılması məqsədi daşıyıb.
Tədbirin sonunda yer tutan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
#Xocalı30 #Khojaly30 #Xocalı30il #XocalıSoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeforKhojaly #HocalıKatliamı #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz