Hər zaman Ukraynanın yanındayıq - Ukraynada yaşayan azərbaycanlılar

Hər zaman Ukraynanın yanındayıq - Ukraynada yaşayan azərbaycanlılarUkrayna Azərbaycanlıları Radası (UAR) Ukrayna ətrafında baş verən gərgin vəziyyətlə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

Bu günlərdə biz Ukrayna ətrafında gərginləşən həyəcanlı vəziyyətin şahidi oluruq. Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvləri bəyan edirlər ki, biz hər zaman Ukrayna xalqının yanındayıq, Ukrayna bizim üçün müqəddəsdir, Ukrayna bizim Vətənimizdir!

Ukraynanın Azərbaycan diasporu təcavüzkarın Ukraynanın bütövlüyünə qəsd etmək planlarını əbədi olaraq dəf etmək üçün Ukraynanı bütün mümkün vasitələrlə dəstəkləməyə və qorumağa hazır olduğunu bəyan edir. Biz birlikdə bir güclüyük və qalib gələcəyik.