Sizin Reklam Burada

“Azərsu” əməkdaşı bıçaqlandı

“Azərsu” əməkdaşı bıçaqlandıAzərsu ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları fiziki təzyiqə məruz qalıb.

Qurumdan Avrasiya.net-ə bildirilib ki, səhmdar cəmiyyəti abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə - təbliğat işləri gücləndirsə də, bəzi vətəndaşlar ödənişdən yayınmağa cəhd edir, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar.

Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivi, ev 6 b, mənzil 10 ünvanında olan abunəçinin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. Borcu ödəmək barədə dəfələrlə xəbərdarlıq edilsə də, vətəndaş borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.

“Azərsu”yun digər əməkdaşına qarşı fiziki təzyiqi Abşeron rayonu, Nübar qəsəbə sakini Müzəffər Mahmudov göstərib. 210 manat borcu olan abunəçiyə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb, ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev borcun ödənilməsinin vacibliyini bildirdikdə abunəçi Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.

Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.

"Göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abunəçi yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər", - deyə "Azərsu" bəyan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər