Sizin Reklam Burada

Bu kəllə qəndi almayın: kimyəvi qatqısı var – Ekspert

Bu kəllə qəndi almayın: kimyəvi qatqısı var – EkspertBazarda sağlamlıq üçün təhlükəli qənd satılır. İstehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirdik. Kəllə qənd nümunəsi əsasında laboratoriyada apardığımız ekspertizadan aydın oldu ki, hazırda bazarda insan sağlamlığı üçün təhlükə törədən qəndlər satılır.

Bu sözləri Axar.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O qeyd edib ki, hazırda əksər kəllə qənd istehsalçıları şəkər tozundan kəllə qənd hazırlamaq üçün daha ucuz olan kimyəvi yol seçiblər:

“Şəkər tozu qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi kükürd dioksid (SO2) əlavə edilir. Sarı rəngli məhlul bəyaz rəng alır. Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı çətinliklə ayırd edilə bilən ”ağ” kəllə qənd əldə edilir. SO2 kimyəvi maddəsindən əsasən sənayedə parça ağartma, dəri aşılama, xalça yumada istifadə olunur”.

Sədr bildirib ki, ölkəmizdə “Tayqa Ticarət” müəssisəsi tərəfindən istehsal olunan “Dad 1” kəllə qənd məmulatının tərkibində yüksək miqdarda SO2 aşkarlanıb:

“Laboratoriaya tədqiqatı nəticəsində 1 kq “Dad 1” məhsulunda 70,2 mlqr kükürd dioksid olduğu aşkarlandı. Yəni təhlükə normadan 4,6 dəfə, 500%-ə yaxın çoxdur. AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə yaxın kəllə qənd istehsalçısı hazırda təhlükəli kimyəvi üsuldan istifadə edir. Birmənalı olaraq kəllə qənd mexaniki yolla ağardılmalıdır”.

E.Hüseynovun sözlərinə görə, MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maksimum 15 milli qram kükürd dioksid ola bilər:

“Bu standartlara əsasən kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməli, sözügedən kimyəvi qatqının normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməlidir. AİİB olaraq bunu tələb edirik. Hansı müəssisədə mexaniki yolla ağartma həyata keçirilmirsə, burada mütləq vaxtaşırı yoxlamalar və laborator analizlər aparılmalıdır. Təhlükəli maddələr və qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunarsa, satışda və anbarlarda olan məhsullar geri çağırılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştirakı ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB aidiyyəti orqanlara artıq rəsmi müraciətlər edib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər