Sizin Reklam Burada

Daşnaklar İrəvanda deputatlarımızın qaldığı otelə yürüdü - Video

Daşnaklar İrəvanda deputatlarımızın qaldığı otelə yürüdü - VideoGecə saatlarında İrəvanda, Azərbaycan Milli Məclisinin üzvlərinin səfərinə etiraz olaraq daha bir aksiya keçirilib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Daşnaksütyun partiyasının onlarla üzvü deputatlarımızın qaldığı “Mariott Armeniya” otelinin qarşısına toplaşıb radikal şüarlar səsləndiriblər. Onlar həmçinin gündüz saatlarında AVRONEST iclasının keçirildiyi idman-konsert kompleksinin qarşısında həbs olunanlara azadlıq tələb ediblər. Daşbaksütyun partiyası bəyan edib ki, onlarla gənc üzvlər dəmir barmaqlıqlar arasındadır.

Bundan əlavə, “Ermənistan” deputat blokunun üzvü Kristina Vardanyan da polis zorakılığına etirazını bildirib və daşnakların müdafiəsinə qalxıb. Həbs olunanlar arasında “Yerkir Media” telekanalının jurnalisti Ani Haapetyan da var.

Otel qarşısında radikal mövqe sərgiləyənlərin qarşısı polis tərəfindən alınıb və aksiya dağıdılıb.

İrəvanda “Mariatt Armeniya” otelində qalan deputat Tahir Mirkişili bildirib ki, aksiyaya cəhd edilib, hazırda isə sakitlikdir.

“Təhlükəsizlik tədbirləri yaxşı səviyyədədir”, - T.Mirkişili əlavə etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər