Sizin Reklam Burada

BMT Baş Assambleyası Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Baş Assambleyası Ukrayna ilə bağlı iclas keçirəcəkUkraynadakı son hadisələri qiymətləndirmək üçün sabah BMT Baş Assambleyasının növbəti iclas keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, BMT Baş Assambleyasının sessiyasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək.

P.Kubiak BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahidin sədrliyi ilə keçiriləcək iclasın gün ərzində davam edəcəyini və məsələ ilə bağlı hər hansı qərarın gözlənilmədiyini qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər