Sizin Reklam Burada

Erməni deputatlardan İrəvandakı azərbaycanlı həmkarlarına sayğısızlıq

Erməni deputatlardan İrəvandakı azərbaycanlı həmkarlarına sayğısızlıqAVRONEST Parlament Assambleyasının İrəvandakı iclasında iştirak edən azərbaycanlı deputatlar erməni həmkarlarının sayğısızlığı ilə üzləşib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, dünən “Pandok Yerevan” restoranında Ermənistan parlamenmtinin müxalifətdən olan deputatlarının iştirak etmədiyi nümayəndə heyətinin üzvlərinin şərəfinə şam yeməyi verilib. Bu gün “Yasəman” restoranında da şam yeməyi nəzərdə tutulub və orada da müxalifət deputatları iştirak etməyəcək.

“Yəni azərbaycanlılarla bir süfrə arxasında oturub yemək yemək istəmirlər. Əvəzində Azərbaycanın ünvanına kəskin tənqidi fikirlər səsləndirmək, erməni əsirlərin qaytarılması problemini və digər məsələləri gündəmə gətirmək niyyətindədirlər”.

Xatırladaq ki. Azərbaycan Milli Məclisinin deputatları Soltan Məmmədov və Tahir Mirkişili hazırda İrəvanda səfərdədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər