Sizin Reklam Burada

İran ərzaqları zəhərlənmə verir – Səbəb

İran ərzaqları zəhərlənmə verir – SəbəbMalların milli dildə markalanması məsələsində acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır. AİİB-ə istehlakçılar tərəfindən İranda istehsal olunan ərzaq mallarının markalanması barədə çoxsaylı etirazlar daxil olur.

Bu sözləri Axar.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, sözügedən ərzaq mallarının üzərinə istehsal və son istifadə tarixləri fars əlifbası ilə yazılır:

“Bu, istehsalçı tərəfindən bilərəkdən, şüurlu şəkildə edilir ki, yararlılıq vaxtı keçmiş malını asanlıqla sata bilsin. İstehlakçılarımızın belə sadəlövhlüklə aldanması səbəbsiz deyil. Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır. Düşünür ki, yararlılıq vaxtı keçmiş mal satıla bilməz. Əfsus ki, bu inam özünü doğrultmur”.

O bildirib ki, son zamanlar istehlakçıların İran ərzaq mallarından zəhərlənməsi halları artıb.

E.Hüseynov deyib ki, İran ərzaq malları satışı şəbəkələrində aidiyyəti qurumlar tərəfindən ciddi monitorinqlər aparılmalıdır:

“Dövlət qanunlarını pozmaqla İran mallarını satan 50-dən çox dükan mövcuddur. Sədərək Ticarət Mərkəzində, ”Lukoyl” YDM-nin yanında (topdan satış), həmçinin Dərnəgüldə, “Elit“ TM-nin yaxınlığında, Xırdalan, Maştağa, “Əhmədli” metrosu ətrafında çoxlu sayda belə dükan var. Paytaxtla yanaşı, Sumqayıt, Neftçala, Şirvan şəhərlərində də İran malları satılan dükanlar fəaliyyət göstərir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər