Rusiyada DƏHŞƏT: Koronavirus xəstələri diri-diri yanaraq öldüRusiyanın Yaroslavl şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində yanğın baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə təcili xidmətlərdən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata görə, reanimasiya şöbəsində döşək yanıb.

Yanğın səbəbindən xəstəxanada işıqlar sönüb. Buna görə süni tənəffüs aparatları sönüb. Nəticədə, aparata qoşulan 3 xəstə ölüb.

Məlumata əsasən, yanğın 3 saylı xəstəxanada baş verib. Yanğının dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır. Yanğın yanğınsöndürənlər gəlməmişdən əvvəl söndürülüb. Publika
ABŞ kəşfiyyatı: Korona bioloji silah deyil, amma...COVİD-19 virusu laboratoriyada hazırlanmış bioloji silah deyil.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin hesabatında deyilir.

“Hesab edirik ki, virus bioloji silah olaraq hazırlanmayıb. Buna rəğmən, virusun mənşəyi ilə bağlı ümumi fikrə gəlinməyib. Bütün qurumlar iki versiyanın daha reallıqla uzlaşdığını bildirirlər: heyvanlardan yoluxma və laboratoriyada baş verən insident...” - deyə bildirilib.
İraqda ABŞ bazası raket atəşinə tutulduİraqın Bəsrə vilayətində ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

Avrasiya.net xəbər verir ki, Küveyt sərhədindəki Savfan şəhərinin Cirişan sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən bazaya 3 raket atılıb.

Raketlərdən 2-si bazanın yaxınlığına, biri isə Küveyt ərazisinə düşüb.

Hücum nəticəsində hər hansı itkinin olması barədə məlumat verilmir.
Taliban Kabil aeroportunun bir hissəsini ələ keçirdiTaliban döyüşçüləri Kabil Beynəlxalq Hava Limanının hərbi sektorunun bir hissəsini nəzarətə götürüb.

Axar.az xəbər verir ki, bu barədə hərəkat nümayəndəsi Bilal Kərimi deyib.

“Bu gün aeroportun üç əhəmiyyətli hissəsi amerikalılardan azad olundu və İslam Əmirliyinin (Taliban özünü belə adlandırır – red.) nəzarətinə keçdi”, - deyə Kərimi bildirib.

Onun sözlərinə görə, hazırda aeroportun kiçik bir hissəsi amerikalıların nəzarətindədir.
Paşinyan Azərbaycanın tələbini qəbul etdi"Bakı İrəvandan iki kənd də daxil olmaqla 21 kilometrlik Gorus-Qafan yolunun Azərbaycan ərazisi olaraq rəsmən tanınmasını tələb edib".

Avrasiya.net xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan bu tələbi qəbul edib.

"Tələb yerinə yetirilib və baş nazir Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, 21 kilometr Azərbaycanın ərazisidir. Eyni zamanda, o iki kəndin Azərbaycan adlarını çəkib", - deyə Danielyan bildirib.

Qeyd olunub ki, Paşinyan çıxışında işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə səsləndirib.
Şəhriyar Məmmədyarov 127 min dollar qazandıBeş turnirdən ibarət olan "Grand Chess Tour" şahmat seriyası başa çatıb.

Avrasiya.net xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov yarışda üçüncü yeri tutub.

Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub. İkinci yerə fransalı şahmatçı Maksim Vaşe-Laqrav yiyələnib.

Qeyd edək ki, Ş.Məmmədyarov üçüncülük əldə etməklə 127 min ABŞ dolları qazanıb.
Gündəlik yoluxma 4 mini keçdi, 35 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Qızılağac Milli Parkında yanğın başladıQızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

"Hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar", - o, bildirib.
Azərbaycan Tokio-2020-də 5-ci medalını qazandıParacüdoçumuz Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Avrasiya.net xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Abaslı üçüncü yer uğrunda ukraynalı David Xorava ilə qarşılaşıb. Rəqibinə qalib gələn paracüdoçumuz bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
COVID-19 jurnalistin həyatına son qoyduAMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru Şöhrət Səlimbəyli vəfat edib.

Avrasiya.net xəbər verir ki, Qarabağ Müharibəsi veteranı Ş.Səlimbəyli ötən gün koronavirusdan dünyasını dəyişib.

60 yaşlı jurnalistə bir neçə gün əvvəl COVID-19 diaqnozu qoyulub. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!