İki uşaq anası özünü kəndirlə asdıAğdaş rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Dovudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Klinik Xəstəxanada müalicə alan xəstə yoxa çıxdı - FotoRespublika Klinik Xəstəxanasında müalicə alan xəstə itkin düşüb.

Avrasiya.net Bakipost.az-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini 60 yaşlı Bəsti Əhmədova müalicə aldığı xəstəxanadan avqustun 26-sı saat 10:00 radələrində çıxıb və geri qayıtmayıb.

Məlumata görə, B.Əhmədova yaddaş pozğunluğundan əziyyət çəkir. O, son olaraq oğlu ilə danışıb, "su içməyə çıxmışam, xəstəxananı tapa bilmirəm", - deyib. Oğlu, "gözlə olduğun yerdə, gəlirəm", - deyib, lakin daha sonra xanımın mobil telefonuna zəng çatmayıb.

Onu tapmaq hələ də mümkün deyil.
Toy edənlərin nəzərinə! - Qərar dəyişdirildiBaş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Avrasiya.net xəbər verir ki, qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Bundan öncə COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.
Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazanıbAzərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net-in məlumatına görə, 63 kq-da yarışan idmançı ukraynalı İrina Qusyeva ilə qarşılaşıb.

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl, ümumilikdə isə 7-ci medalı olub. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.

11:31
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.

Rəqini vazari xalı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.
Masallıda ər arvadını bıçaqlayıbMasallı rayonunda 20 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Xıl kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Elza Cəfər qızı Ağayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 15-dən çox kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən törədildiyi və polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycan paralimpiyaçıları dördüncü qızıl medalı qazandıParacüdoçumuz Sevda Vəliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Avrasiya.net xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən S.Vəliyeva Azərbaycana dördüncü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 5 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Şuşada hərbi qulluqçumuz intihar edib - RƏSMİBəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub.

Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır. Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur. Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
İlham Əliyev bu idmançıları təbrik etdiPrezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan idmançılarımızı təbrik edib.

Avrasiya.net xəbər verir ki, Prezident bununla bağlı Tviterdə paylaşım edib:

"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram".
Üç paracüdoçumuz Tokio-2020-nin finalına yüksəldiTokio-2020 Yay Paralimpiya Oyunlarında qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang'a qalib gələrək finala vəsiqə qazanıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelikə qalib gələrək finala yüksəlib.
“Taliblər” ABŞ-ın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçiribABŞ Nümayəndələr Palatasının üzvü, ölkənin Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan hərbçisi Cim Benks bildirib ki, "Taliban" hərəkatının silahlıları Amerikanın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçirib.

“Report” xəbər verir ki, onun sözlərini “The Independent” sitat gətirib.

O qeyd edib ki, Əfqanıstanda tərk edilmiş külli miqdarda texnika və silah arasında 75 000 avtomobil, 200 təyyarə və helikopter, həmçinin 600 000 atıcı və yüngül silah var.

Benks vurğulayıb ki, hazırda “Black Hawk” helikopterlərinin dünyada olan 85 faizdən çoxu “Taliban”ın döyüşçülərindədir. "Əgər bu silah indi və ya gələcəkdə amerikalıları öldürmək, yaralamaq, zərər vurmaq üçün istifadə edilsə, qan Co Baydenin əllərində olacaq", - konqresmen əlavə edib.