Sizin Reklam Burada

Ermənistan dəmir yumruğu növbəti dəfə dada bilər

Ermənistan dəmir yumruğu növbəti dəfə dada bilərNail Cəlil: “Rəsmi İrəvan regionda yeni geosiyasi reallıqları anlamağa və qəbul etməyə məhkumdur”

“Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində işğal edilmiş əraziləri azad edərək, Ermənistan ordusu üzərində şanlı qələbə qazanıb. Bu, 30 il davam etmiş münaqişə vəziyyəti – işğal faktı fonunda ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi, ali baş komandanlığı ilə əldə etdiyi tarixi nailiyyətdir. Baş verənlər bir daha təsdiqləyir ki, Azərbaycan xalqı sülhsevər olmaqla yanaşı, mübariz, haqq işindən geri çəkilməyən, torpaqlarının hər qarışı uğrunda əzmlə döyüşüb qalib gəlməyi bacaran bir toplumdur. Xalqımız Ali Baş Komandanın hərbi-siyasi iradəsi, dəmir yumruğu ətrafında sıx birləşərək, ərazimizin 20 faizini zəbt etmiş işğalçı Ermənistana sarsıdıcı zərbə endirməyi bacarıb. Nəticədə Prezident İlham Əliyevin vurğuladığı kimi, “yenilməz erməni ordusu” mifi dağıdılıb, Azərbaycanın hərbi-siyasi gücü sayəsində darmadağın edilib”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında Prezident İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına son səfəri zamanı etdiyi çıxışları, verdiyi mesajları şərh edən politoloq Nail Cəlil səsləndirib. Siyasi ekspert qeyd edib ki, Ermənistanın işğalı davam etdirmək istəyi, “yeni torpaqlar əldə etmək” xülyası, ekspansiya siyasəti sonda işğalçı dövlətin labüd məğlubiyyəti ilə nəticələnib. Son 30 ildə sosial-iqtisadi və hərbi-siyasi cəhətdən, əhəmiyyətli dərəcədə güclənən Azərbaycan qısa müddət ərzində erməni ordusunu məhv edərək, torpaqlarımızı azad etməyi bacarıb. Ermənilərin bir zamanlar çox güvəndikləri hərbi texnika isə sıradan çıxarılaraq, ələ keçirilib və artıq Bakıda - “Qənimətlər Parkı”ndadır: “Bu, Ali Baş Komandan – Ordu – Xalq birliyinin nəyə qadir olduğunu, qalib Azərbaycan əsgərinin gücünü, böyük döyüş ruhunu göstərir. 44 günlük müharibə ərzində cəbhənin ən müxtəlif istiqamətlərində böyük ruh yüksəkliyi, qələbə əzmi ilə düşmənin dəmir-beton səngərlərini dağıdıb, yarıb, məhv edib irəliləyən hərbçilərimiz Şuşada torpaqlarımızı hətta əliyalın doyüşərək, azad etməyə qadir olduqlarını sübut ediblər”. Azərbaycanın 10 noyabr bəyanatından dərhal sonra azad edilmiş ərazilərdə quruculuq işlərinə başlaması, təhlükəsizliyin təmin edilməsi və məcburi köçkünlərin geri qayıtması üçün görülən işlər, ordumuzun sərhədlərimizi bərpa etməsi və orada möhkəmlənməsi ölkəmizin yenilməz ruhunu, yüksək iqtisadi potensialını, hərbi-siyasi qüdrətini bir daha ortaya qoyur.

Politoloq Nail Cəlil belə bir məqama diqqəti çəkib ki, dövlət başçısı işğaldan azad olunan bütün ərazilərə, o cümlədən, Ermənistanla sərhəddə yerləşən, 44 günlük müharibə nəticəsində azad edilmiş Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarına ardıcıl səfərlər edir. Bu səfərlər zamanı hər dəfə bir yeniliyin, həmin ərazidə bərpa-quruculuq işlərinin davam etdirilməsinin, ərazilərin ermənilərin sağa-sola səpələdikləri yüz minlərlə minalardan təmizlənməsinin, təhlükəsiz, istifadəyə yararlı hala gətirilməsinin şahidi oluruq: “Digər tərəfdən, Ermənistanın sərhədlərimizi bərpa edən əsgərlərimizə uğursuz müqaviməti, atəşkəsi vaxtaşırı pozması, sərhədlərin delimitasiyası və demarkasiyasından, sülh müqaviləsi imzalamaqdan yayınmaları onu göstərir ki, böyük məğlubiyyət onlara çox da dərs olmayıb. Əks halda onların şüursuz, instinktiv bir aqressiya nümayiş etdirməsi, özlərini ucuz hədəfə, lazımsız qurbana çevirmələri başadüşülən deyil. Ordumuz bütün hallarda qarşı tərəfin layiqli cavabını verir, adekvat cavab tədbirləri görür, vəziyyəti nəzarətdə saxlayır. Əgər Ermənistan növbəti müharibə və ya ordusunun son qalıqlarının məhv edilməsini istəyirsə, o zaman “dəmir yumruğ”u növbəti dəfə dadmalı olacaq. Güney Qafqazın ən kiçik və ən zəif ölkəsi regionun iqtisadi potensialının 80 faizini özündə cəmləşdirən, dəfələrlə artıq imkanlara, zəngin resurslara malik olan Azərbaycanla hər hansı formada rəqabət aparmaq və ya ölkəmizə “güc göstərmək” iqtidarında deyil. 44 günlük savaş onu da təsdiqləyib ki, müxtəlif təhrikedici bəyanatlara baxmayaraq, dünya ərazi bütövlüyü məsələsinə hələ də hörmət edir və böyük həssaslıqla yanaşır. Azərbaycan bu məsələni vaxtilə BMT müstəvisində, digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində siyasi-hüquqi müstəvidə həll etməyi bacarıb. Nəhayət, müasir ordu quruculuğu müvəffəqiyyətlə başa çatdırıldıqdan sonra məsələni hərbi güc müstəvisində - ərazi bütövlüyü çərçivəsində həll edib. Ermənistandan fərqli olaraq, Azərbaycan sərhədlərin toxunulmazlığı prinsipini ciddi şəkildə dəstəkləyir, zorla qonşu dövlətlərin ərazisini tutaraq, müttəfiqlərini onunla birlikdə işğal olunan əraziləri əldə saxlamaq, genişləndirmək üçün döyüşməyə çağırmır. Bununla yanaşı, 30 illik işğaldan sonra dəyən zərərin ödənilməsi və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi baxımından, Azərbaycan adekvat addımlar atmağa tam haqqı çatır”.

Nal Cəlilin sözlərinə görə, Prezident İlham Əliyevin son çıxışlarında önəmli mesajlardan biri də “qəhrəman erməni əsgəri” mifinin məhv edilməsi ilə bağlıdır. O bildirib ki, Azərbaycanın 30 il ərzində tədricən hərbi üstünlüyünü artırmasına, ordunu gücləndirməsinə, cəbhə xəttində əməliyyat şəraitini nəzarətə almasına baxmayaraq, işğalçı erməni əsgərləri özlərini “qalib, məğlubedilməz” sayırdılar. Dövlət başçısı son müharibəyə qədər dəfələrlə vurğulayırdı ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan ərazilərinə, Qarabağa gəlməməlidir: “Əslində, bu mif 2016-cı aprel döyüşlərində dağıdılmış, darmadağın edilmişdi. 44 günlük müharibə ərzində Ermənistan Ordusunda özünü göstərən başıpozuqluq, panika, təşviş isə bununla bağlı tam əminlik əsas yaradır. Ermənilərin özlərinin etiraf etdikləri kimi, bu müharibədə onların ordusunda 10 mindən artıq fərari olub. Bu, rəsmi statistikanı göstərən rəqəmlərdir. Çünki döyüşdən imtina edənlərin, ordumuzun zərbələri, həmlələri zamanı panikaya düşüb qaçan erməni əsgərlərinin sayı dəfələrlə artıq olub. Bunun qarşısını almaq üçün erməni əsgərlərinin səngərdə bir-birinə zəncirlənməsi də danılmaz faktdır. “Qənimətlər Parkı”nda yaradılan döyüş səhnələrində bu fakt da əyani nümayiş etdirilir”.

Siyasi ekspert vurğulayıb ki, Ermənistan ordusundan fərqli olaraq, 44 günlük müharibə ərzində Azərbaycan silahlı qüvvələrində dəmir intizam, böyük ruh yüksəkliyi, qələbə əzmi hökm sürüb: “Bu, bizim üçün böyük vətən savaşı, gerçəkdən azadlıq müharibəsi olub. Milyonlarla insanın ürəyi cəbhədən gələn həyəcanlı və qürurverici xəbərlərlə döyünüb, yüz minlərlə vətənpərvər insanımız birbaşa döyüşlərə can atıb, səfərbərlik xidməti məntəqələrin qarşısında orduya könüllü yazılmaq üçün növbələr yaranıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib. Əksinə, Azərbaycan əsgəri döyüşdə yaralanan, şəhid olan qardaşlarını düşməndən xilas etmək üçün canını qurban verməkdən, ölümün üzərinə atılmaqdan belə çəkinməyib”. Politoloq əlavə edib ki, burada vacib məqamlardan biri də erməni hərbi-siyasi xuntası barədə yaradılan şişirdilmiş təsəvvürlərin sabun köpüyü kimi əriməsidir. Əli Xocalıda, Qarabağda, Şərqi Zəngəzurda qana batmış bu qatillər – Köçəryan, Sarkisyan, Ohanyan, Qukasyan və başqaları 44 günlük müharibəyədək özlərini “böyük sərkərdə, gerçək qəhrəman” hesab edirdilər: “Lakin Prezidentin son çıxışında söylədiyi kimi, onlar son müharibə zamanı Qarabağa gəlsələr də, heç iki gün belə duruş gətirməyiblər, qorxub qaçıblar, ilk erməni fərariləri sırasında olublar. Bu, bir daha onu göstərir ki, həmin kəslər cəllad, qatil olduqları qədər də satqın və qorxaqdırlar, bir şəxsiyyət kimi, heç kimdirlər. Onlar əllərində silah olanda yalnız əliyalın, silahsız əhali ilə döyüşə, müharibə apara bilirlər, silahlı, nizamlı ordunun qarşısında isə qorxaq dovşana dönürlər, qaçıb gizlənməyə kol yeri axtarırlar”.

Nail Cəlil onu da bildirib ki, 44 günlük müharibə ərzində Azərbaycan həm də qədim tarixə, böyük döyüş ənənələrinə malik, döyüşkən, savaşmağı və layiqli qələbə qazanmağı bacaran ölkə olduğunu bir daha təsdiqləyib. Bu gün Azərbaycanın uğuru, döyüş təcrübəsi dünyanın qabaqcıl hərbi mərkəzlərində öyrənilir. 33 il əvvəl dünyanın ən mübariz ölkəsi kimi tanınan Azərbaycan 2020-ci ildə dünyanın ən döyüşkən, qalib toplumu kimi tarixə düşüb: “ Bu baxımdan, son müharibədə ““Azərbaycanlılar vuruşmayacaqlar” mifi dağıdıldı” deyən Ali Baş Komandan tam haqlıdır”. Müharibədə dağıdılan, yoxa çıxan miflərdən biri də ermənilərin guya qədim tarixə və mədəniyyətə malik olması barədə illüziyadır. “Qafqazın mədəniyyət ocağı” olmaları barədə cəfəng təsəvvür formalaşdırmağa cəhd edənlər Qərbi Azərbaycanda qurduqları Ermənistanda və 30 işğalda saxladıqları rəsmi Azərbaycan torpaqlarında mədəni irsimizi tamamilə dağıdıblar, ya da eybəcər şəkildə mənimsəməyə, özününküləşdirməyə çalışıblar: “Bununla da daha bir mif dağıdılıb, sıradan çıxıb. Azərbaycanlılara məxsus qədim tarixi izlərin yox edilməsi, çoxsaylı yerlə yeksan olunmuş şəhər və kəndlərimiz, dağıdılmış qəbirlər, sökülmüş məscidlər – dövlət başçısının qeyd etdiyi kimi, düşmənin əsl simasını göstərir. Təbii ki, belə dağıdıcı təfəkkürə, barbar xislətinə malik olanların mədəniyyətdən və qədimlikdən danışması absurd, gülünc və yersizdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər