Sizin Reklam Burada

Hacı Şahindən Aşura günü ilə bağlı çağırış

Hacı Şahindən Aşura günü ilə bağlı çağırışAşura günü ilə bağlı mərasimlər pandemiya ilə əlaqədar olaraq məhdud sayda insanın iştirakı ilə keçiriləcək. Yoluxmaları nəzərə alaraq insanları qaydalara riayət etməyə çağırıram.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında din xadimi Hacı Şahin Həsənli deyib. O bildirib ki, Aşura islam tarixinin önəmli hadisələrindən biridir:

"Avqustun 19-u Aşura günü kimi qeyd olunur. Aşura ərəb dilindən tərcümədə onuncu mənasını ifadə edir. Məhərrəm ayının 10-u Kərbəla hadisəsi baş verib. Bu islam tarixində ən mühüm hadisələrdən biridir. Aşura günü Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn və silahdaşları Kərbəla çölündə qətlə yetiriliblər. O dövrdən başlayaraq müsəlmanlar dünyanın hər yerində bu hadisəni qeyd edirlər. Azərbaycanda da ənənəvi olaraq Aşura mərasimləri keçirilib. Hətta sovet dövründə belə, insanlar bu mərasimlərdə iştirak ediblər.

Artıq ikinci ildir ki, pandemiya şəraitində yaşayırıq və belə bir dövrdə kütləvi tədbirlərin keçirilməsi mümkünsüzdür. Keçən il ümumiyyətlə məscidlər bağlı idi, bu il isə məhdud sayda, cəmi 50 nəfərin iştirakı ilə bu mərasim keçiriləcək. Həmin şəxslər də bütün qaydalara riayət edəcəklər, sosial məsafə qorunacaq, maskalardan, dezinfeksiya vasitələrindən istifadə təmin olunacaq. Məscidlərdə də icmalar bu prosesə nəzarət edəcəklər".

Onun sözlərinə görə, pandemiya səbəbindən insanların əksəriyyəti bu mərasimlərdə iştirak edə bilmədiyindən, din xadimləri onlayn qaydada canlı yayım vasitəsilə çıxış edəcəklər:

"Bu çıxışlar sosial şəbəkələr üzərindən yayımlanacaq və insanlar evlərində oturub, xütbələri dinləyə və mərasimə virtual olaraq qatıla biləcəklər. Eyni zamanda Aşura günü qanvermə aksiyaları da keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsi artıq ünvanları açıqlayıb. Bu il məscidlərdə bunun üçün şərait olmadığından, tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunacaq.

Bir daha insanlara müraciət edirəm ki, yoluxma sayının artmasını nəzərə alaraq hər zaman qaydalara riayət etsinlər. Bu, ciddi məsələdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər