Aşura ilə bağlı qanvermə aksiyasına başlanıldı
Dərc olunub:
19-08-2021, 09:34
Azərbaycanda Aşura ilə əlaqədar qanvermə aksiyasına başlanılıb.
Avrasiya.net xəbər verir ki, aksiya Qan bankının paytaxtda və bölgələrdəki filiallarında, ümumilikdə 9 nöqtədə təşkil olunub.
Qeyd edək ki, bu gün Aşura günüdür. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-cu günü olan Aşura günü avqustun 19-na təsadüf edib.