Vladimir Putin Mehriban Əliyevanı təbrik etdiRusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Avrasiya.net-in xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram".
Binəqədidə səyyar avtobusda vaksinasiya davam edir - FOTOBinəqədi rayon İcra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, “Xaliq Faiqoğlu” şirkətinin dəstəyi ilə səyyar avtobus məntəqəsində vaksinasiya prosesi davam edir.

Ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar vaksinasiya briqadası bu gündən etibarən Biləcəri qəsəbəsində (20 Yanvar parkının qarşısı) fəaliyyət göstərir.

“Xaliq Faiqoğlu” şirkəti olaraq vətəndaşları peyvənd olunmağa və bu bəlaya birgə qalib gəlməyə çağırırıq.
Qeyd edək ki, Binəqədi RİH-in təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə həyata keçirilən aksiya digər qəsəbələri də əhatə edəcək.

Müharibə davam etsəydi, daha çox itki verəcəkdik - Prezidentİkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə danışıb.

“Noyabrın 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə dayandı. Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq”, - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, biz ermənilərin bütün miflərini darmadağın etdik:

“Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər”.

Dövlət başçısı deyib ki, Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq:

“Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq”.
Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün… - ƏliyevBöyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib ki, biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik:

“Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

Prezident qeyd edib ki, müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərir, sözün əsl mənasında, ölümə gedirdilər.

“Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”, - deyə dövlətimizin başçısı əlavə edib.
UAR mətbuatla əlaqələri genişləndirirUkrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Ukraynanın əməkdar jurnalisti Şvets Aleksandr Efimoviçlə görüşüb. Görüş Efimoviçin təsisçisi və baş redaktoru olduğu “Faktlar və Şərhlər” (Фа́кты и коммента́рии) nəşrinin redaksiyasında baş tutub.

UAR həmtəsisçiləri Oleq Krapivin və Hikmət Cavadovun salamlarını baş redaktora çardıran Məmmədov disapora fəaliyyətində medianın rolunun və dəstəyinin vacibliyini vurğulayıb. “Biz sizi sadəcə media rəhbəri kimi yox, həm də vətənpərvər bir ictimai-siyasi xadim kimi tanıyırıq. Reallaşdırdığınız sosial proyetklər inanmağımıza əsas verir ki xalqlarımızın inteqrasiyası işinə də dəstək verəcəksiniz” deyən baş katib birgə əməkdaşlığa hazır olduqlarını bildirib.

Azərbaycan-Ukrayna əlaqələrinin inkişaf ettiyini, bunu sevindirici olduğunu bildirən əməkdar jurnalist əməkdaşlıqdan məmnun olacağının bildirib. “Biz peşəkarcasına və sisitemli bir yol xəritəsi hazırlamalıq. Sistemli görülən işlər hər zaman daha tez və daha uğurlu nəticələr verir.” deyən Efimoviç davamlılığın və stabilliyin əsas olduğunu vurğulayıb. Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayan ictimai xadim Ukrayna Azərbaycanlıları Radasına uğurlar arzulayıb!
Dənizdə batan 10 yaşlı oğlanın meyiti tapıldıAvqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Hüseyn İzmir oğlu Qələndərlinin axtarışları başa çatıb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sülhməramlılarımızın Vətənə qayıdışı... - RəsmiƏfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.

Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.
Onun böyük ürəyiBu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür.

Sosial medianın Azərbaycan sektoru Mehriban xanımın Vətənə sədaqətlə xidmətini təcəssüm etdirən foto, video materiallara, səmimiyyət dolu yazılara qərq olub.

Dünya azərbaycanlılarının, ölkə vətəndaşlarının, vətəndaş cəmiyyəti institutlarının, ziyalıların, mədəniyyət, incəsənət, ictima-siyasi xadimlərin ürək sözləri, yazıları ilə tanış olduqca qürur hissi keçiririk.

Çünki bu paylaşımlarda, yazılarda səmimiyyət var, məhəbbət var, sayğı var. Çünki xalqımız qədirbiləndir.

Mehriban xanımın həyat və fəaliyyəti öz doğma xalqına, əziz Vətənə, dövlətə xidmətin örnəyidir.

Heç kəsə sirr deyil ki, gənc qızlar, Azərbaycan xanımları öz gərgin əməyi, istedadı, vətəncanlılığı, xeyirxahlığı ilə həyatda uğur qazanan qadın obrazı olaraq məhz Mehriban Əliyevanı görür, onu özünə örnək alır.

Mehriban xanımın beynəlxalq miqyasda qazandığı uğurlar, onun Azərbaycan qadınını, Azərbaycan ziyalısını yüksək səviyyədə təmsil etməsi isə xüsusi ilə qeyd edilməlidir. Çox şadam ki, Birinci vitse-prezidentin həyat və fəaliyyəti təqdirlə tədqiq olunmaqla, artıq neçə-neçə kitaba mövzu olub, dəfələrlə mükafatlara layiq görülüb.

Mehriban xanımın Azərbaycan Respublikasında Birinci Xanım institutunun uğurlu fəaliyyətində müstəsna əməyi olduğu danılmazdır. Öz fəaliyyətini bu institutun dünyadakı qabaqcıl örnəklərinə uyğun şəkildə quran Mehriban xanımın nəcib və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, eləcə də beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdir. Heç təsadüfi deyil ki, Mehriban xanım Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESKO-nun Xoşməramlı səfiri seçilmişdir. Bu, hələ 2004-cü ilin avqustunda baş vermişdir.

2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə, qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyinə görə Mehriban xanım Əliyeva İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Mehriban xanım bir cox xarici dövlətin nüfuzlu orden və medalı, çoxsaylı ictimai təsisatın mükafatları ilə təltif edilmişdir.

Bunlar uğurlu fəaliyyətin beynəlxalq miqyasda tanınması, öyrənilməsi, etirafı və dəyərləndirilməsinin ifadəsidir.

Əlbəttə, beynəlxalq dəyərləndirmə ilk növbədə ölkə daxilində həyata keçirilmiş böyük layihələr, bənzərsiz ideyalar və onların parlaq nəticələri ilə sıx bağlıdır.

Daxili siyasət sahəsində Mehriban xanımın əsas fəaliyyət istiqamətləri hansılardır? - Ən yığcam şəkildə ifadə edəsi olsaq, bu, 10 istiqaməti mütləq fərqləndirməliyik:

1. Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili;

2. Əhalinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı;

3. Əhalinin sağlamlığının qorunması;

4. Sosial baxımdan daha həssas əhali qruplarının, o cümlədən məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən, digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və b.-nın problemlərinin həlli;

5. Şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğının təmin olunması;

6. Xalqımızın yaratdığı milli mədəniyyət və incəsənət örnəklərinin, ənənələrin öyrənilməsi, onların bərpası, habelə yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması;

7. İdman hərəkatının davamlılığının təmin olunması;

8. Ekoloji problemlərin həllinə dəstək göstərilməsi;

9. Böhran zamanı təsirli idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin gerçəkləşdirilməsi;

10. İşğaldan azad olunan torpaqlarımızın bərpasında humanitar missiyanın həyata keçirilməsi, yasayış məntəqələrimizin yüksək zövlqlə abadlaşdırılması və s.

Əlbəttə, bunlar Mehriban xanım Əliyevanın xususi töhfələr verdiyi əməli fəaliyyət sahələrinin tam siyahısı deyil. Mehriban xanımın həyat və fəaliyyəti böyük kitabların, irimiqyaslı əsərlərin mövzusudur.

Bayaq da vurğuldığımız kimi, belə kitablar, əsərlər yazılıb, yazılır, gələcəkdə də yazılacaqdır.

Bununla belə, Mehriban xanim Əliyevanın həyat və fəaliyyətinin hər hansı hissəsinə diqqət yetirdikdə də, onun Böyük Ürəyini, Vətəncanlılığını, xeyirxahlığını görməmək və ona vurulmamaq mümkün deyil!

Ölkəmizin çiçəklənməsi yolunda xidmətin özünəxas modelini yaratmış hörmətli Mehriban xanımı adgünü münasibəti ilə urəkdən təbrik edir, şərəfli və məsuliyyətli islərində yeni uğurlar diləyirəm!

Uğur Mehriban xanıma çox yaraşır!

Qənirə Paşayeva
MS SPORT gecəsi möhtəşəm keçdiSənət, idman və media dünyasından tanınmışlar, mərkəzi Almaniyada olan və Türkiyədə "Eskişehirspor" Klubunun forması sponsoru olaraq diqqət çəkən MS SPORT BRAND NIGHT -a axın edib.

Klubun mətbuat xidmətinin rəhbəri Selcuk Aka Avrasiya.net-ə bildirilib ki, MS SPORT-un qurucu ortaqlarından Murat Semiz, xüsusilə Avropa və Afrikada dünya bazarında yaxşı bir debüt etdiklərini və bunu Türkiyədə "Eskişehirspor" la başladıqlarını söyləyib.

Murat Semiz, bütün istehsalın Türkiyədə olacağını və bunun da müəyyən miqdarda insanların işlə təmin edəcəyini ifadə edib. "Öz üslubunuzu yaradın" devizi ilə dizayn və keyfiyyətdə iddialı olduqlarını dilə gətirən Murat Semiz, idman dünyasının MS SPORT sürprizlərinə hazır olduğu mesajını verib.

MS SPORT gecəsi sənət, idman və media aləminin böyük marağına səbəb oldu və gecəyə qatılanlara forma hədiyyə edilib. MS SPORT-un təşkil etdiyi gecəyə Eskişehirdən aktyorlar, müğənnilər və bir çox rəngarəng simalar qatılıb, şəhərə ürək bağlayan Selahattin Tasdoğen, Metin Yıldız, Arif Selcuk və Oksana Kuznetsova kimi adlar qatılıb.
“Norm” ASC-yə qarşı iş qaldırıldıBazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Dövlət Xidmətidən Avrasiya.net-ə verilən məlumata görrə, aparılan təhlillər göstərir ki, rast gəlinən ciddi nöqsanlardan biri də bazarda hökmran mövqe tutan sahibkarların kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirməsi və topdansatış zamanı alıcılar arasında bərabər şəraitin yaradılmamasıdır. Bu cür hallar isə rəqabətin məhdudlaşdırılmasına, digər sahibkarların və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxara bilər.

“Qeyd edək ki, bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib. ASC isə Dövlət Xidmətinin göstərişlərinə dərhal reaksiya verərək həmin sahədə seçim hüququnun məhdudlaşdırılması elementlərini tədricən aradan qaldırıb.

ASC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətində şirkətin tərəfdaşları ilə bağladığı müqavilədə qanuna zidd bəndlərin dəyişdirildiyi və gələcəkdə bu cür hallara yol verilməməsi üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanıb. Bununla yanaşı, sementin topdan satışı zamanı bazar iştirakçıları üçün bərabər seçim hüququnun təmin edilməsi, digər sahibkarlar və istehlakçıların mənafeyinin qorunması məqsədilə satış şərtləri və digər aidiyyatı məlumatlar şirkətin rəsmi internet səhifəsinə yerləşdirilib və bu istiqamətdə müraciət mexanizminin asanlaşdırılması məqsədilə xüsusi bölmə yaradılıb.

Dövlət Xidməti bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir, - deyə məlumatda qeyd olunub.