İran terror aktlarına görə bu ölkələri ittiham etdi
Dərc olunub:
27-04-2024, 08:06
Rusiya və İranda baş verən terror aktları ABŞ və digər Qərb dövlətlərinin terror qruplaşmalarına dəstəyinin nəticəsidir.
Bunu İran İslam Respublikasının müdafiə naziri Məhəmməd Rza Aştiani Astanada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündə deyib.
İranın müdafiə departamentinin rəhbəri NATO-nun şərq istiqamətində genişlənməsindən danışarkən vurğulayıb ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər ümumi təhlükələri neytrallaşdırmaq üçün assosiasiyanın potensialından istifadə etməlidirlər.