Sizin Reklam Burada

"İndi erməni xlaqı görür ki, işğalçılıq siyasətinin bədəli nədir"

"İndi erməni xlaqı görür ki, işğalçılıq siyasətinin bədəli nədir""Azərbaycan qoşulduğu bütün bəyanatlara, sazişlərə və öhdəliklərinə sadiqdir, eyni zamanda dövlətlərarası münasibətlərdə etibarlığın, şəffaflığın ən yaxşı nümunəsini yaradıb. Məhz bu amil Azərbaycanın həm regionda, həm də beynəlxalq münasibətlərdə etibarlı partnyor, yaxşı tərəfdaş imicini möhkəmləndirib. Əksər maliyyə qurumları, beynəlxalq təşkilatlar Azərbaycanla əlaqələr qurmağa, yaxud mövcud münasibətləri dərinləşdirməyə can atırlar. Hazırki beynəlxalq münasibətlər sistemində bu nümunənin anoloqu yoxdur".

Avrasiya.net xəbər verir ki, bunları "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov eyib.

Millət vəkili bu kontekstdə 44 günlük qalibiyyətli Vətən müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr bəyanatının icra vəziyyətini dəyərləndirib. Komitə sədri qeyd edib ki, bəyanatdan keçən dövr ərzində Azərbaycan bu sənədlə üzərinə götürdüyü öhdəliklərin hamısını icra edib, eyni zamanda bəyanatın başqa müəlliflərindən də eyni məsuliyyətli davranışı tələb edir: "Prezident İlham Əliyev "CNN-Türk" televiziyasına müsahibəsində bu məsələnin vacib olduğunu bildirdi. Mən ölkə başçısının bu sitatını xüsusi ilə vurğulamaq istəyirəm: "Rusiyadan gözləntimiz üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. Bu üçtərəfli bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın".

Sadiq Qurbanov daha sonra Rusiyanın Ermənistanla müharibədən əvvəlki münasibətlərə qayıtmasının bölgədə sülh-sabitlik üçün müsbət siqnallar olmadığını vurğulayıb: "Prezident İlham Əliyev də məhz bu məsələnin altını cızıb. Ölkə başçısı dedi ki, bizim gözləntimiz Rusiyanın Ermənistanı silahlandırmamasıdır. Əlbəttə, bu mənfi tendensiya Azərbaycanı narahat edir. Bir halda ki, erməni xalqı məğlubiyyətlə barışıb, onu memarı olan Paşinyan iqtidarını hakimiyyətdə saxladı, o zaman üçüncü tərəfin əvvəlki millitarist siyasi keçmişə qayıdış cəhdləri təəssüf doğurur. Bu, ümumiyyətlə Azərbaycanın regionda apardığı siyasətə ziddir, adekvat deyil. Prezident İlham Əliyev deyir ki, gəlin, bir-birimizin ərazi bütövlüyünü, suverinliyi tanıyaq, bütün kommunikasiyaları, yolları açaq, iqtisadi inkişaf başlasın, bundan xalqlar faydalansın. Regionda bütün ölkələr bir-biri ilə əməkdaşlıq etsin, dünya üçün mühüm əhəmiyyət kəsb edən regionda bundan təbii, bundan yaxşı nə ola bilər ki?!"

Millət vəkili əmindir ki, indiki gərginliklər arxada qalacaq, Azərbaycanın sülh, inkişaf, sosial rifah, müharibəsiz gələcək ideyası tam qalib gələcək: "Ola bilsin, bölgədə bütün qüvvələr indi bunu anlamırlar. Vaxtilə Ermənistan da anlamırdı, amma indi erməni xlaqı görür ki, işğalçılıq siyasətinin bədəli nədir. Ona görə onlar öz hökumətlərinə təsir göstərməlidrlər ki, Azərbaycanın milli maraqlarına, suverenliyinə uzanan əllərini, dillərini kəssinlər. Eyni zamanda onları yeni iddialara, köhnə ambisiyalara təhrik edən kənar qüvvələrə yaxın keçmişin acı məğlubiyyətini xatırlatsınlar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər