Xəzərdə batan şəxsi xilas edən idmançı özü boğuldu
Dərc olunub:
19-08-2021, 01:30
1993-cü il təvəllüdlü Abşeron rayon sakini Orxan Adil oğlu Ağayev Xəzər dənizinin Sumqayıt sahilində batan şəxsi xilas edərkən batıb.
Avrasiya.net xəbər verir ki, 28 yaşlı gəncin idmançı olduğu bildirilir.
İdmançı batan şəxsi xilas etsə də, özü boğulub.
Onun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.