Sizin Reklam Burada

Rusiya səfiri casus qalmaqalına görə XİN-ə çağırıldı

Rusiya səfiri casus qalmaqalına görə XİN-ə çağırıldıRusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Böyük Britaniya XİN məlumat yayıb.

Buna səbəb Rusiyanın Böyük Britaniya ərazisində təşkil etdiyi pis niyyətli fəaliyyətlərlə bağlı iddialar olub.
Ətraflı

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Britaniya bu cür fəaliyyətlərdən narahatdır: "Böyük Britaniya Rusiyanın ölkə ərazisində təşkil etdiyi pis niyyətli fəaliyyətlə bağlı iddialardan, eləcə də Rusiya Federasiyasının digər suveren dövlətlərin ərazisində bu cür fəaliyyətə sponsorluq etməsi ilə bağlı göstərdiyi davranış nümunəsindən dərin narahatdır", - deyə məlumatda qeyd edilib.

Britaniya Rusiyanı bu fəaliyyəti dərhal dayandırmağa çağırıb. Qeyd olunub ki, Birləşmiş Krallıq müttəfiqləri ilə birgə Rusiyadan gələn təhdidlərin tam spektrinin qarşısını almaq və müdafiə etmək üçün işləməyə davam edəcək.

Qeyd edək ki, Londonda iki Britaniya vətəndaşı Rusiya kəşfiyyat xidmətlərinə kömək etməkdə və casusluqda ittiham olunur. Ötən ay Londonun şərqindəki anbarda baş verən yanğından sonra britaniyalı Dilan Erl və Ceyk Rivs barəsində araşdırma başlayıb. Dilan Erl biznesi hədəfəalma planına nəzarət etməkdə, həmçinin xarici kəşfiyyat xidmətinə yardım üçün şəxslər cəlb etməyə cəhddə, saxtakarlıq və yanğın törətməkdə ittiham olunur. Ceyk Rivs də pul müqabilində Rusiya kəşfiyyat xidmətinə kömək göstərməkdə təqsirli bilinir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər