Sizin Reklam Burada

Hədəfi olmayan xalqın gələcəyi olmur

Hədəfi olmayan xalqın gələcəyi olmurAzərbaycan Prezidenti xalqını böyük hədəflər uğrunda mücadiləyə hazırlayır – səbrlə, inamla...

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfəri, Azərbaycanın tarixi torpaqları barədə səsləndirdiyi fikirlər, verdiyi bəyanatlar, gələcək nəsillərə tövsiyyələri bir qayda olaraq, Ermənistanın, erməniliyin və onların istifadəçi-himayəçilərinin gündəmini bir göz qırpımında dəyişir, media resurslarında, sosial şəbəkələrdə aparılan müzakirələrin əsas mövzusuna çevrilir.
Ermənilərlə bağlı məsələ aydındır. Məğlubiyyətin psixoloji sindromunu aşa bilmir, hələ də revanizm kimi ölümcül düşüncə tərzini özlərinə rəva bilirlər.

Ermənistanı Cənubi Qafqaza “fır göbələyi” kimi calayanların da əndişələrini müəyyən qədər anlamaq olur. Çünki uzun illərdən bəri “maşalarında” tutduqları və bölgəni daim alova bürünmək təhlükəsi qarşısında saxlayan münaqişənin “közü” külə dönüb, “maşa” isə öz əllərini yandırır. Anlaşılmayan radikal müxalifətin və onların xaricdəki tör-töküntülərinin, iç izü açılmış nüfuz müvəkkilərinin, görəvindən cəsusluq fəaliyyətlərinə, xəyanətlərinə görə it kimi qovulmuş haramzadələrin dövlət başçısının səfərlərindən keçidiklərini narahatlıq və ermənidən daha çox erməni olduqlarını sübuta yetirmək üçün “savaşa” çıxmalarıdır.

Prezident, Ali Baş Komandan indiki Ermənistan ərazilərindəki tarixi torpaqlarımızla bağlı həqiqətləri dilə gətirir, ermənilərlə yanaşı “adı bizim, dadı özgənin” olan cameənin, yumşaq desəm, təəssübkeşsizliyin, xaraktersizliyin premodern, modern və postmodern nümunələrinin sürreal əxlaqsızlıqa sintez olunmuş təpəgözləri əndişələnirlər. Sanki “Vardanes”ə öz tarixi adı – BASARKEÇƏR deyiləndə onların yaralarına BASIB KEÇİRLƏR, “Yerasx” ARAZDƏYƏN adlandırılanda incə yerlərinə DƏYİR. GÖYÇƏ deyiləndə əzaları GÖYNƏYİR, QAFAN deyəndə QAFALARINA daş düşür. Başa düşmək olmur, bunlar, məşhur lətifədə deyildiyi kimi “kimin əmisi uşaqlarıdır”.

Azərbaycan Prezidentinin tarixi yurd yerlərimizin adını olduğu kimi dilə gətirməsinin çoxsaylı səbəbləri var. Əvvəla, indiki Ermənistan ərazisinin hər qarışı Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli varlığı ilə birbaşa bağlıdır. O torpaqlarda biz minillər boyu yaşamışıq, bizə məxsus olanı qorumuşuq, uğrunda şəhidlər vermişik, əkib-becərmişik, əzizləmişik, sevmişik və sevməkdə davam edirik. O torpaqların hər qarışında babalarımızın qanı, mədəniyyətimizin, tariximizin izləri var. Biz bölgənin ən qədim, ən böyük və aborogen xalqlarından biriyik – nəhəng bir ərazini əhatə edən coğrafiyada dağlara, dərələrə, çaylara, obalara, yurd yerlərinə ad vermişik və bu adlar bu gün də tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın və dugər xalqların dilində səslənməkdədir. Yalnız ermənilər və onlar kimi ləyaqət hissini itirənlər bi toponimləri dəyişməyə, Azərbaycan mədəniyyətinin izlərini onlara məxsus olmayan, məskunlaşdıqları ərazilərdən silməyə çalışıblar. Amma yenə də bacarmayıblar. Ləyaqəti olanlar bu adları olduğu kimi, yaxud qismən, öz ana dillərinə uyğunlaşdıraraq qoruyub saxlayıb, olmayanlar isə... yaddaşlardan silə bilməyib.

Dövlət başçısının indiki Ermənistan ərazisindəki tarixi yurd yerlərimiz və onların adları ilə bağlı açıqlamalarının başqa bir hədəfi isə, şübhəsiz ki, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarına cavab və bizim tarixi həqiqətlərə söykənən mövqeyimizin ermənilərin, onların himayəçilərinin diqqətinə çatdırılmasıdır. Hər kəsə məlum olduğu kimi, ermənilər Cənubi Qafqazın aborogen xalqı deyil, son 200 il ərzində azərbaycanlılara məxsus olan torpaqlara məqsədyönlü şəkildə köçürülüblər. Xarici güclərin dəstəyi və himayəsi ilə soydaşlarımızı etnik təmizləməyə, deportasiyaya, soyqırımına məruz qoyublar. Və bu gün biz “Vardanes”ə Basarkeçər, “Sevan”a Göyçə gölü deyəndə tarixi həqiqətləri dilə gətirir, “Ermənistan” adlanan dövlətin bizim ərazilərimizdə qurulduğunu bu tarixi ədalətsizlikdə, xəyanətdə rol alan hər kəsin diqqətinə çatdırırıq. İndiki şəraitdə Ermənistanın və erməniliyin yeganə çıxış yolu Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkmək, onlar üçün biçilmiş sərhədlər çərçivəsində adam kimi yaşamağa davam etməkdir. Əks təqdirdə hücum davam edəcək və torpaqlarımıza uzanan əllər qırılacaqdır.

Tarix sübuta yetirdi ki, Ermənistan və erməni cəmiyyətinin əhəmiyyətli hissəsi gücdən başqa heç bir vasitə ilə hesablaşmağı bacarmır. Bizim gücümüz ƏDALƏTİN, HƏQİQƏTİN gücüdür! Biz haqlı olduğumuz üçün də güclüyük və daha da güclü olacağıq.
Prezidentimizin tarixi toponimlərimizlə bağlı verdiyi mesajların başqa bir məqsədi isə strateji hədəflərimizlə bağlıdır. Hər bir xalqın, dövlətin strateji hədəfləri olmalıdır. Gələcəyini düşünməyən, hədəfi olmayan xalqın gələcəyi olmur. Azərbaycan Prezidenti xalqını böyük hədəflər uğrunda mücadiləyə hazırlayır – səbrlə, inamla.

İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcəyini bildirdi, hədəfi elan etdi və bu hədəfə doğru aparan strategiyanı müəyyənləşdirdi, xalqın, dövlətin bütün potensialın bir araya gətirdi, bizi Zəfərə doğru apardı...

Qarşıda bizi daha böyük hədəflər gözləyir və günün birində böyük düşünən, BÖYÜK İDEYAlar uğrunda mücadilə aparan BÖYÜK LİDERin BÖYÜK QƏLƏBƏsinin şahidi də olacağıq. Buna zərrə qədər də şübhə etmirəm!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi şərhçi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər