Bir ailənin 4 üzvü qidadan zəhərlənib
Dərc olunub:
6-09-2024, 19:58
Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
lkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.