26 yaşlı oğlanı inək əti yediyinə görə döyüb öldürdülər
Hindistanın Haryana əyalətində mal əti yeyən 26 yaşlı mühacir Sabir Məlik camaat tərəfindən döyülərək öldürülüb.
Avrasiya.net Unikal-a istinadla xəbər verir ki, hadisə Çarxı Dədri rayonunda baş verib. Sabiri dəmir-dümür satmaq adı ilə avtobus dayanacağına çağırıblar. Lakin orada mal əti yediyini iddia edən bir qrup şəxs ona hücum edib.
Polisin verdiyi məlumata görə, hücum edənlərin adları Abhishek, Mohit, Ravinder, Kamaljit və Sahil olub. Bu qrup Sabir və Assamdan olan digər miqrantı mal əti yeməkdə ittiham edib. Ətrafdakılar müdaxilə etməyə çalışsalar da, hücum edənlər qurbanları başqa yerə aparıblar. Burada onlar Sabirə ölümcül hücum ediblər.
Hücum edənlərin çubuqlardan istifadə etdiyi bildirilib.
Polis ikisi azyaşlı olmaqla 7 nəfəri həbs edib.