Sizin Reklam Burada

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb – FOTOLAR

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb – FOTOLARÖlkənin ən sürətlisi “Bakcell”, 4 sentyabr tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhər yeməyi təşkil edib.

Görüşdə “Bakcell” və “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarışının əhəmiyyəti barədə ətraflı danışıb, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında “Bakcell” və “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024” çərçivəsində tərəfdaşlığın təsadüfi olmadığını vurğulayıb: “Hər iki tərəf özündə sürət və innovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasını təqdim edən “Bakcell”, ötən dövr ərzində bir sıra innovativ və yüksək sürətli məhsullarını istifadəçilərin ixtiyarına verib. Belə ki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmətini – “Fiber 1” məhsulunu təqdim edib. Bundan əlavə, “Bakcell”in yeni məhsulları olan VoWiFi (Wi-Fi üzərindən zəng) xidməti, ən geniş partnyor şəbəkəsinə malik “Bakcell Kart” və süni intellekt dəstəkli “Tarif Məsləhətçisi” müştərilərimizin xüsusi marağına səbəb olub”.

Qeyd edək ki, “Bakcell” “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024”ün rəsmi tədbir sponsorudur. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) çərçivəsində müqavilə imzalanıb.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər