Rusiyada anbara zərbə: Kim Çenin raketləri məhv edildi
Dərc olunub:
7-09-2024, 20:01
Ukrayna Təhlükəsizlik Xidmətinin PUA-ları Rusiya Federasiyasının Voronej vilayətinin Soldatskoye şəhərində sursat anbarına hücum edib. Hansı ki, Şimali Koreya raketləri burada saxlanılırdı.
Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.
Onun sözlərinə görə, eyni aqibət İran raketlərini də gözləyir:
“Putinin Kim Çen İndən aldığı Koreya raketləri məhv edildi, İran raketləri də eyni aqibətlə üzləşəcək”, - Kovalenko bildirib.