Cüdoçumuz çempion oldu
Dərc olunub:
5-09-2024, 18:36
Azərbaycanın üç gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Avrasiya.net xəbər verir ki, bunlar Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadədir (57 kq).
Fidan Mirzəyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Fidan Qasımova (57 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.
***
Azərbaycanın gənc cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olub.
Bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva turnirdə Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.