Sizin Reklam Burada

Rusiya XİN: Fransa ikiüzlü müstəmləkə siyasəti yürüdür

Rusiya XİN: Fransa ikiüzlü müstəmləkə siyasəti yürüdürRusiya Fransa hüquq-mühafizə orqanlarının və hərbçilərinin yerli əhaliyə qarşı tətbiq etdiyi metodların qəbuledilməzliyini dəfələrlə qeyd edib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “news.ru”nun sualını cavablandırarkən deyib.

"Biz qeyd edirik ki, beynəlxalq ictimaiyyət dekolonizasiya prosesinin başa çatmadığını görür", - o bildirib.

M.Zaxarova qeyd edib ki, Paris başqa ölkələrdəki seçkilərlə bağlı qiymətləndirmələrində obyektiv deyil.

“Görün, Paris bu və ya digər ölkədə keçirilən seçkiləri hansı narahatlıq, təşviş və aşkar maniakallıqla qiymətləndirir, dünyanın bu və ya digər regionunda söz azadlığının vəziyyətinə necə qiymət verir. Bu da onların öz sözləri ilə desək, cavabdeh olduqları ərazidir. Görün, orada nə baş verir. Onlar etdiklərinə görə cavab verməyə hazır deyillər", – XİN rəsmisi vurğulayıb.

O bildirib ki, Fransanın dənizaşırı ərazilərində sosial-iqtisadi gərginlik qalmaqdadır və Fransa hakimiyyəti problemlərin əsas səbəbini aradan qaldırmaq əvəzinə, kütləvi siyasi repressiyalar həyata keçirmək qərarına gəlib.

"Onlar əvvəlcə öz problemlərini, ya da məsul olduqları ərazilərdəki problemləri həll etməlidirlər. Nə üçün başqalarına dərs vermək, hətta qınamaq hüququna malik olmalıdırlar?", – M.Zaxarova əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər