Bakıda ambulans piyadanı vurub öldürdü
Dərc olunub:
4-09-2024, 13:20
Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb.
Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30-da baş verib.
Təcili tibbi yardım stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus IVECO markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Şahverdi Ağaverdi oğlu Məlikovu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.