"Gürcü arzusu"nun azərbaycanlı üzvü vəhşicəsinə döyüldüGürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü Tsalka bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarının fiziki zorakılığına məruz qalıb.

Avrasiya.net-in Report-a istinadən xəbər verir ki, bu barədə hakim partiyanın yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, qarşıdurma siyasi motivlər əsasında noyabrın 29-da rayonun Ərcivan-Sarvan kəndində baş verib. İnsident zamanı həmin kənddə yaşayan VMHP tərəfdarı Vasif İbrahimov “Gürcü Arzusu”nun üzvü və Tsalka merinin Tecis kəndi üzrə nümayəndəsi Nüsrət Heydərovu təhqir edib, daha sonra fiziki təzyiq göstərib.

Qeyd olunub ki, qarşıdurma zamanı V.İbrahimov N.Heydərovla “Gürcü Arzusu”ndakı fəaliyyətinə görə mübahisə edib. Mübahisə daha sonra davaya keçib. V.İbrahimov N.Heydərovun üzünə yumruqla vurub, nəticədə onun burun və göz nahiyəsində xəsarətlər əmələ gəlib.

Hakim partiya hadisənin şahidlərinin olduğunu bildirib.
Almaniyada Azərbaycanlı həkimlərin I forumu keçiriləcəkAlmaniyada Azərbaycanlı həkimlərin I forumu keçiriləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Almaniyanın Köln şəhərində fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov məlumat verib. E.Hüseynov bildirib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə təşkil onucaq: “Məqsəd bir-birimizi və Almaniyada uğurlara imza atmış həmkarlarımızı tanımaqdır. Tədbirin vaxtı və yeri artıq bəllidir. Tədbir 5-6 mart, 2022-ci ildə baş tutacaq. Qeydiyyatla əlaqədar yaxın günlərdə daha ətraflı məlumat veriləcək”.
İsrail səfiri Azərbaycana başsağlığı verdiİsrailin Azərbaycandakı səfiri Corc Dik Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.
Helikopterin qara qutusu tapıldı: ilkin səbəbi açıqlandıDövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Helikopter qəzası ilə bağlı istintaq qrupu yaradıldıDövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bu tarixi hadisə yaddaşlarda qalacaq - Millət vəkiliParlamentlərarası İttifaqın Madriddə keçirilən 143-cü sesiyasında Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev tədbir haqqında təəssüratını bölüşüb.

Avrasiya.net xəbər verir ki, Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə müsahibəsində tədbirin İspaniya hökuməti tərəfindən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“Məlum olduğu kimi, İPU-da (Parlamentlərarası İttifaq) 193 ölkə təmsil olunur. Madriddə keçirilən 143-cü sessiyada mindən artıq nümayəndə iştirak edirdi. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Sahibə xanım tədbirdə çıxış edərək yaşadığımız dövrün çağırışlarından, xüsusilə Azərbaycan Respublikası Prezidentinin BMT çərçivəsində COVİD-19-a qarşı qlobal bərpa paneli yaratmaq təşəbbüsündən, 30 il Ermənistanın işğalı altında qalan 20% torpaqlarımızda işğala son qoyulduqdan sonra aparılan bərpa işlərindən, işğal nəticəsində yaranmış bir milyon qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmaq imkanının yaranmasından danışdı. Sahibə xanım qeyd etdi ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladağı Birgə Bəyanatla münaqişəyə son qoyulub, indi dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması prinsipi əsasında sülh sazişi imzalanmalı və sərhədlərin delimitasiyası və demarkasiyasına başlanmalıdır.

Onu da vurğulayım ki, Sahibə xanımın diqqətçəkən çıxışından sonra Türkiyə, Rusiya, Pakistan, İran və bir çox digər ölkələrin nümayəndə heyətləri Sahibə xanıma dostcasına yaxınlaşıb onu təbrik edirdilər. Əlbəttə, bunları seyr etmək çox məmnunedici idi. Sözsüz ki, bu həm işğala son qoyulandan sonra ölkəmizin artan nüfuzu, həm də Sahibə xanımın şəxsiyyəti, onun həmkarları ilə təmas yaratmaq, ingilis və rus dillərində özünü sərbəst ifadə etmək bacarığı ilə bağlıdır. Hətta bəzi böyük dövlətlərin yüksək çinli təmsilçilərinin Sahibə xanımın yanında boş stul olmaması səbəbindən dizlərini yerə qoyub onunla təmas qurmaqdan belə çəkinməməsini seyr etdik”.

BAXCP sədri müsahibəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılmasına diqqət çəkib və qeyd edib ki, bu barədə qərar 60 il öncə yaradılmış, hazırda üzv dövlətlərin sayı 120-yə çatan Hərəkatın 25-26 oktyabr 2019-cu il tarixdə Bakıda keçirilmiş zirvə toplantısında qəbul olunub: “Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi qərarın icrasına nail oldu və bu tarixi hadisə bizim dövlətin adı ilə yaddaşlarda qalacaq. Tədbirə Qoşulmama Hərəkatına üzv olan 50-dən artıq ölkənin 200-dən artıq parlament üzvü, İPU-nun Prezidenti D.Poçeko və Baş katibi M.Çunkong da qatılmışdı. Sahibə xanım tədbirə sədrlik edirdi. Tədbirin sonunda Palamentlər Şəbəkəsinin təsis olunması barədə Madrid Bəyənnaməsində Azərbaycana bu istiqamətdə gördüyü işlərə görə xüsusi minnətdarlıq ifadə olunurdu. Tədbirin sonunda iştirakçılara ziyafət verildi, incəsənət nümayəndələrimiz konsert proqramı ilə çıxış etdilər. Parlamentlər Şəbəkəsinin yaradılmasını gələcək əməkdaşlıq və Azərbaycanın təbliği baxımından olduqca yüksək qiymətləndirirəm. Yeri gəlmişkən, tədbirin hazırlanması zamanı çəkdikləri əziyyətə görə İspaniyadakı səfirimiz Ramiz Həsənova və Milli Məclisin əməkdaşlarına da xüsusi təşəkkür etməyi özümə borc bilirəm. Onu da qeyd edim ki, azərbaycanlı turistlərin sevimli yeri, bizimlə oxşar problemi olan İspaniya hər zaman Azərbaycana dəstək olub və Avropanın ən böyük bir neçə ölkəsindən biridir. İspaniyada böyük səfirliyimizin olmasına və bu ölkə ilə hava əlaqəsinin yaradılmasına böyük ehtiyac var”.
İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı veribİranın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi tviter səhifəsində açıqlama yayıb.

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, - səfirlik bildirib.
Vüqar Səfərlinin işi: 600 mini Həsənova verdimBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müxtəlif vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsinin başa çatdığı elan edilib.

Bildirilib ki, ümumilikdə 5 şahid dinlənilib, birinin isə ifadəsi oxunub.

Şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır: “Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə isə Gülər Vəliyevaya 580 min manat pul verdim”.

Elan edilib ki, “Portos” MMC ləğv edilmiş KİVDF tərəfindən jurnalistlər üçün tikilən iki binanın inşasını reallaşdırıb.

Daha sonra jurnalistlər üçün tikilən binalarının tikintisi ilə bağlı ekspertiza rəyi elan olunub.

Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılıb.

Vəsatət təmin edilməyib.

Bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb.

Proses dekabrın 2-də davam etdiriləcək.
"Laçının azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür"“Laçının azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür”.

Bu sözləri Avrasiya.net-ə millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika komitəsinin sədri Sadiq Qurbanov Laçın azad edilməsinin ildönümü ilə bağlı söyləyib.

S.Qurbanovun sözlərinə görə Laçının işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən səciyyəvi xüsusiyyətlərindən biridir.

Laçının azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür. 1 dekabr 2020-ci il tarixi Azərbaycan tarixinə yeni məna yükü ilə daxil oldu. Ermənilərin otuz ilə yaratdığı məğlubedilməzli mifi 44 gün müharibə nəticəsində son qoyuldu. Laçın, Ağdam, Kəlbəcər rayonlarının böyük bir hisəsinin Azərbaycan tərəfinə təslim edilməsi isə Ermənistan tərəfinin təslimçiliyinin son akkortları hesab etmək olardı. Laçın rayonu ərazisindn uzun illər erməni tərəfi qanunsuz silahlı birləşmələrini Qarabağın dağlıq hissəsinə gətirmək üçün dəhliz kimi istifadə edirdilərsə bu dəfə həmin dəhlizdən bu torpaqların əsl sahiblərinin əlindən qaçmaq üçün istifadə etdilər.

Sadiq Qurbanov bildirib ki, faydalı qazıntılarla zəngin olan Laçın rayonunun işağaldan azad edilməsi ərazidə olan 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqlarının həmçinin sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları yenidən Azərbaycan iqtisadiyyatına öz qatqısını verəcəkdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonununa cari ilin 14 fevral və 16 avqust tarixlərində səfər etməsi eynizamanda Güləbird kəndində Azərbaycan bayrağını qaldırması Azərbaycanın Zəfər tarixinin ən önəmli günlərindəndir.
"Xalq Cəbhəsi" qəzetinin 20 illik yubileyi ilə bağlı MŞ -da tədbir keçirilib"Xalq Cəbhəsi" qəzetinin ilk sayının çapdan çıxmasından 20 il ötür. Qəzet ilk dəfə 2001-ci ilin 20 noyabrında işıq üzü görüb, ancaq öz yubileyini 20 noyabr – Qarakənd faciəsi ilə əlaqədar olaraq həmişə noyabrın 21-də qeyd edir.

Bu dəfə Mətbuat Şurası “Xalq Cəbhəsi” qəzetinin 20 illik yubileyini bu gün – noyabrın 30-da qeyd edib.
Bu münasibətlə Mətbuat Şurasında keçirilən tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov qəzetin baş redaktoru Elçin Mizəbəyliyə yubiley münasibəti ilə diplom təqdim edib.

Daha sonra qəzet və sayt rəhbərləri təbrik nitqləri söyləyiblər. Onlar “Xalq Cəbhəsi” qəzetinin Azərbaycan mediasındakı rolundan, qəzetin baş redaktoru Elçin Mirzəbəyliinin uğurlu fəaliyyətindən danışıblar.

“Yeni Müsavat” Media Qrupuna daxil olan kollektivlərin üzvləri də “Xalq Cəbhəsi”ndə çalışan həmkarlarımızı ürəkdən təbrik edir, nəşrə bol tiraj və geniş oxucu auditoriyası arzulayır.