Sizin Reklam Burada

Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidirƏsədova Təhminə Ağəli qızı,
49 nömrəli məktəb-liseyin direktoru


İkinci Qarabağ müharibəsinin sonu kimi qəbul edilən və 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanan üçtərəfli Bəyanat münaqişə tərəfləri arasında Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını, Ermənistanın işğal etdiyi ərazilərin ölkəmizə qaytarılmasını, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, humanitar məqsədli bir sıra tədbirlərin həyata keçirilməsini, ümumilikdə isə xalqlar arasında etimad mühitinin yaradılmasını, gələcəkdə bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsini nəzərdə tutmuşdur.

Müharibədən dərhal sonra məlum oldu ki, Ermənistan özünün kapitulyasiya sənədi kimi qəbul etdiyi 10 noyabr Bəyanatının bir sıra müddəalarını yerinə yetirsə də, sənəddə əksini tapan bütün bəndlərin icrasında maraqlı deyil. Müharibədən sonrakı bir il ərzində Ermənistanda səsləndirilən revanşist fikirlər, hərbi-siyasi rəhbərliyin bəzən destruktiv və anlaşılmaz ritorikası, Azərbaycanın humanitar təşəbbüslərinə qarşı qeyri-adekvat reaksiya, eləcə də gah qarşı tərəfin ATƏT-in Minski qrupunun fəaliyyətini bərpa etmək və beləliklə də Qafqazda müəyyən məqsədlər güdən dövlətlərin marağını təmin etmək cəhdləri, gah da bölgəyə üçüncü qüvvələrin cəlbi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasından kənarda, dövlət sərhədində törətdiyi təxribatlar qarşı tərəf üçün istədiyi nəticəni vermədi.

Bütün bu təxribatlara baxmayaraq ötən il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olsada bu, Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verməyib. Ümumiyyətlə Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.

Ermənistandan fərqli olaraq, Azərbaycan diplomatiyası Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də Azərbaycanın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi. Azərbaycan tərəfi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə dəfələrlə bəyan etdi ki, nəinki üçtərəfli Bəyanatda əksini tapmış müddəaların yerinə yetirilməsi, eləcə də Ermənistanın işğal altında olmuş torpaqlarımızda minaladığı ərazilərin xəritələrinin Azərbaycana verilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin iki dövlət arasında yekun sülh sənədinin imzalanması bölgədə dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün zəruri şərtlərdəndir.

Cari ilin noyabrın 15-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədi boyunca Kəlbəcər, Gədəbəy, Tovuz rayonlarının ayrı-ayrı yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv atəşə tutması, sonra isə dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi və bununla qısamüddətli üstünlüyə nail olmaq istəyən erməni hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımdan tam iflasa uğradıldı, rəsmi Yerevanın təxribat törətmək cəhdi növbəti dəfə uğursuzluqla nəticələndi.

Azərbaycan–Ermənistan dövlət sərhədində baş verən hərbi eskalasiya bölgədə marağı olan dövlətləri və beynəlxalq təşkilatları hər nə qədər narahat etsə də, son hadisələr bir daha sübuta yetirdi ki, regionda yeni münaqişənin başlamaması üçün qəti siyasi mövqeyə, səylərin birləşdirilməsinə və ardıcıl fəaliyyətə ciddi ehtiyac var.

Bu baxımdan noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşü bölgədə postmünaqişə dövründə dövlətlər arasında münasibətlərin qurulması baxımından müsbət hesab edilir.Dövlət başçılarının Bəyanat imzalaması və mətbuata bəyanatla çıxış etmələri görüşün tərəflər üçün münbit şəraitdə keçdiyini təsdiqləyir.
Soçi görüşü və imzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də Bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur.Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtlənib.
Bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi sülh danışıqların daha çox ikitərəfli formatına yönəldir. 26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv və təşəbbüskardır. Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.

Bütün bunlar bir daha onu göstərirki, Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir. Soçidə imzalanmış sənəddə 2020-ci il 10 noyabr Bəyanatında olduğu kimi, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər