"Ürəklərimiz birlikdə döyünür" - Tazin Aktar
Bizim qardaşlığımızı, dostluğumuzu heç kim poza bilməz. Hər iki dövlət güclüdür və haqsızlığa qarşı, regionda sülhün qorunması üçün birgə mübarizə aparırlar.
Bunu Azerforum.com-a Pakistanın tanınmış eksperti, jurnalist Tazin Aktar dünən Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşünə münasibətində deyib.
O, qeyd edib ki, iki qardaş ölkə - Pakistan və Azərbaycan prezidentləri ticarət-iqtisadi əməkdaşlıq məsələlərini diqqət mərkəzində saxlayaraq ikitərəfli münasibətlərin təşviqini müzakirə ediblər: "Hər iki lider regional və beynəlxalq forumlarda bir-birini dəstəkləmək barədə razılığa gəliblər. Onlar həmçinin iki xalq arasında siyasi əlaqələrin inkişafı ilə bağlı konsensus əldə ediblər. Pakistan Prezidentinin İƏT dövlət başçılarının növbəti sessiyasında çıxışı zamanı Azərbaycan Prezidentini təbrik etməsini daha vacib görürəm. Bu, Pakistanın Azərbaycana qeyd-şərtsiz dəstəyini ifadə edir ki, Pakistan bunu təkcə ikitərəfli səviyyədə nümayiş etdirmir, həm də çoxtərəfli forumlardan elan edə bilər".
T.Aktar deyib ki, görüş iki qardaş arasında olub. Bədən dili hər iki Prezidentin bir-birinə çox isti hisslər bəslədiyini təsvir edirdi: "Şübhəsiz ki, bizim tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz ortaqdır və ürəklərimiz birlikdə döyünür. Pakistan müharibədəki qələbəyə və onun rəhbərliyinin Azərbaycan dövlətinin möhkəm qurulmasında uğur qazanmasına sevinir".