Sizin Reklam Burada

Misirin ən məşhur mədhiyyə və muğam ustalarından birinin əslən azərbaycanlı olduğu məlum olub

Misirin ən məşhur mədhiyyə və muğam ustalarından birinin əslən azərbaycanlı olduğu məlum olubMisir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı, alim Seymur Nəsirov 25 ildən çoxdur ki, ərəb mənbələrində Misirdə Azərbaycanla bağlı tədqiqatlar aparır. Son illər apardığı tədqiqatların nəticələrindən biri də ərəb və islam dünyasında ən məşhur məddahlardan olan, muğam ustası Seyyid Nəqşibəndinin babasının əslən azərbaycanlı olduğunu aşkara çıxarmasıdır.

Qeyd edək ki, Seyyid Nəqşibəndi çox məşhur, sevilən bir şəxsdir və islam dünyasının mükafatları ilə təltif olunub. XIX əsrin sonlarında Seyyid Nəqşibəndinin babası Misirin Əl-Əzhər Universitetində təhsil almaq üçün Azərbaycandan Misirə gedib və təhsilini bitirdikdən sonra Misirdə yaşamağa qərar verib.

Seymur Nəsirov bu araşdırmasından sonra Seyyid Nəqşibəndinin ailə üzvləri ilə əlaqə saxlayaraq, onun nəvəsini Misir-Azərbaycan Dostluq Cəmiyyətinə dəvət edib. Seyyid Nəqşibəndinin nəvəsi Seyyid Şəhhətə cəmiyyətin fəaliyyəti ilə yaxından tanış olub, Misir və Ərəb mediasına açıqlamasında iki ölkə arasında elmi-mədəni əlaləqələrin inkişafında fəaliyyətinə böyük töhfələr verdiyini bildirib. Daha sonra Seymur Nəsirovun rəhbərliyi ilə cəmiyyətin bir qrup üzvləri Seyyid Şəhhətə ilə birlikdə Seyyid Nəqşibəndinin Qahirədə yerləşən məzarını ziyarət ediblər. Seyyid Şəhhətə Misir və Ərəb mediasına verdiyi açıqlamada həqiqətən də babasının əslən azərbaycanlı olduğunu və təhsil almaq üçün Misirə gəldiyini və ömrünün sonuna kimi burada yaşadığını qeyd edib. Bununla da Seymur Nəsirovun araşdırmasının nəticəsini təsdiqləyib.

Qeyd edək ki, Misir və Ərəb mediasına geniş şəkildə dərc olunan bu xəbərlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər