Sizin Reklam Burada

AFFA "Kəpəz" klubunu 8500 manat cərimələdi

AFFA "Kəpəz" klubunu 8500 manat cərimələdiAFFA İntizam Komitəsi "Kəpəz" klubunu 8500 manat cərimələyib.

Avrasiya.net qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt”la oyununda baş verən qayda pozuntuları səbəb olub.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Gəncə klubu isə buna görə 3000 manat cərimə ödəyəcək.

Oyununun 90+6-cı dəqiqəsində “Kəpəz”in digər futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3000 manat cərimələnib. Bundan başqa, komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyi üçün 1000 manat ödəyəcək.

İntizam Komitəsi “Sumqayıt”ı da cərimələyib. Buna matçın 90+6-cı dəqiqəsində Vüqar Mustafayevin ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. Futbolçu 1 oyun cəzalanıbsa, klubunu 500 manat ziyana salıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər