Avroviziya-2024: Azərbaycan finala yüksələ bilmədi
İsveçin Malmö şəhərində 68-ci Avroviziya-2024 mahnı müsabiqəsinin birinci yarımfinalı start götürüb.
Birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.
Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edir.
Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də keçiriləcək.
***
Birinci yarımfinalda Azəbaycan təmsilçiləri səhnəyə çıxıb.
Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov “Özünlə apar” mahnısını ifa ediblər.
***
Avroviziya-2024 mahnı müsabiqəsinin birinci yarımfinalına yekun vurulub.
İfalardan sonra səsvermə keçirilib.
Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar.
Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.