Sizin Reklam Burada

"İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynayır"

"İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynayır"Həsənova Validə Oleq qızı,
Səbail rayonu, Bibiheybət Bələdiyyəsinin sədri


Xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ötən əsrin 70-80-ci illərində formalaşdırdığı iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. 2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunmuşdur.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənmiş, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunmuşdur. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil etmişdir. 2030-cu ilin sonuna qədər isə bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enmiş, ölkədə işsizlik səviyyəsi təqribən 6 faiz civarındadır.

Dövlət başçısının uzaqgörən siyasəti, prinsipiallığı, müdrik qərarları və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində siyasi dayaqlarını və iqtisadi müstəqilliyini daha da möhkəmləndirən Azərbaycan ordu quruculuğu sahəsində görülmüş irimiqyaslı tədbirlər, müasir hərbi-texniki bazanın yaradılması nəticəsində dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycanın müdafiə sənayesi ordumuzu müasir silahlarla təchiz edir, ölkəmizdə mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur, bu məhsullar beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir. 2020-ci ilin sentyabr ayının 27-də başlanılan əks-hücum əməliyyatları zamanı Azərbaycan Ordusu ən çətin hərbi tapşırıqları yerinə yetirməyə, işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olduğunu sübut etdi. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.

Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Ölkə başçısı cənab İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynayır. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal yoldur. Görülmüş işlərin artıq ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

İşğal altındakı torpaqların azad edilməsi və Zəngəzur dəhlizinin işə düşməsindən sonra bölgədə yeni geoiqtisadi əlaqələrin yaranmasına şahidlik edəcəyik. Son 3 ildə Böyük İpək Yolunun siyasi – iqtisadi mərkəzinə çevrilən Azərbaycan Türkmənistan, Özbəkistan, Əfqanıstan ilə razılıqlar əldə edərək Qafqaz tranzit xəttinin genişlənməsinə nail oldu. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Azərbaycanın bu tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.Beləliklə, Azərbaycan Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər