İlham Əliyev Paşinyanla baş tutacaq görüşündən danışdıSoçidə keçirilən bugünkü görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işlər müzakirə olunacaq.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşdə bildirib.

“Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan arasındakı problemlər daha ətraflı müzakirə olunacaq.

Qeyd etməliyəm ki, ötən ilin noyabr ayında Rusiya sülhməramlıları fəaliyyətə başladıqdan sonra arxada qalan 1 il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib: hərbi toqquşmalar, hər hansı ciddi hadisələr qeydə alınmayıb. Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olmayan Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar oldu. Əlbəttə ki, bu bu gün bizi həm də üçtərəfli formatda risklərə necə nəzarət etməyə, onları minimallaşdırmağa, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına daha böyük diqqət ayırmağa vadar edir.
Putin İlham Əliyevi belə qarşıladı - VideoNoyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident Putinin İlham Əliyevi qarşılaması və söhbət əsnasındakı səmimiliyi diqqət çəkib.

Sözügedən videonu təqdim edirik:

Qeyd: Putinin İlham Əliyevi səmimi qarşıladığı görüntüləri videonun 18:30-cu dəqiqəsindən baxa bilərsiniz.
AFFA bu klubları 5800 manat CƏRİMƏLƏDİAFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda qəbul olunmuş qərarları Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən təqdim edir...

Premyer Liqanın XI turunun “Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

“Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunur. Klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilsin.

Matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.
EIA: "İran təbii qaz idxalçısına çevrilə bilər"İran 2025-ci ildən təbii qazın idxalçısına çevrilə bilər.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilir.

Sənəddə deyilir ki, islam respublikası daxilində "mavi yanacaq" həddindən çox istehlak olunur, üstəlik ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar qaz hasilatına xarici investisiyaların qoyuluşunu məhdudlaşdırır, odur ki, bir neçə ildən sonra İran qaz çatışmazlığı ilə üzləşə bilər.

Hazırda İran 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada 2-ci yerdədir. Bu sahədə liderlik isə 37 trilyon kubmetrlə Rusiyaya məxsusdur.

EIA-nın proqnozu İranın Energetika üzrə Ali Şurasının proqnozu ilə demək olar ki, üst-üstə düşür. Belə ki, qurumun hazırladığı hesabatda bildirilir ki, lazımi qədər (89 milyard ABŞ dolları) sərmayə qoyulmasa və israfçılığın qarşısı alınmasa, 2025-ci ildən ölkədə təbii qazın hasilatı ilə istehlakı arasında balans pozulacaq.
Azərbaycanlı gənc Macarıstanda vəzifəyə təyin olunubƏslən azərbaycanl olan David Amirov Macarıstanda vəzifəyə təyin olunub. Xalqcəbhəsi.az xəbər verir ki, David Amirov Macarıstanın Torpaq Komitəsində çalışır. David Amirov bu ölkənin dövlət qurumunda işləyən yeganə azərbaycanlıdır.
Qeyd edək ki, 28 yaşlı David Macarıstanda doğulub, Obuda Universitetinin Texniki Mühəndislik fakültəsinin məzunudur, hazırda Torpaq Komitəsində çalışır.

Hədəfi Macarıstan parlamentində təmsil olunmaqdır.

David Macarıstanda fəaliyyət göstərən Azərbaycan Evinin fəal üzvü Ramiz Əmirlinin oğludur.
Macarıstanda doğulmağına baxmayaraq David Amirov ana vətəninə bağlıdır və ölkəmiz adına uğurlu fəaliyyət göstərib.

Əli
Jurnalist ev dustaqlığına buraxılmadıBu gün Nəsimi rayon məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Avrasiya.net-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Nurməmmədov vəsatət qaldırıb. Vəkil Mahir Ələkbərovun xəstəliyi ilə əlaqədar barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Hakim vəsatəti təmin etməyib.

İş üzrə məhkəmənin baxış iclası dekabrın 10-na təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Ya dəhliz olacaq, ya da müharibə - KalaşnikovÜçtərəfli görüş çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı məsələlər həllini tapmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Yalnız Rusiya, Azərbaycan və Ermənistan istənilən çətin məsələni həll edə bilər. Məsələnin Avropa İttifaqı kimi mühüm beynəlxalq struktur çərçivəsində həlli təbii ki, yaxşı təşəbbüsdür, hər halda, Minsk Qrupu bura qarışmır. Amma hansısa irəliləyişin olacağını düşünmürəm. Tərəflər Aİ-nin sədri ilə görüşüb, onun sülh prosesini dəstəkləməsi barədə sözlərini eşidəcəklər, vəssalam. Əsas iş isə Rusiya, Azərbaycan və Ermənistanın üzərinə düşür. Müəyyən kompromislərə getmək lazım gələcək, amma qonşuların başqa yolu yoxdur. Başqa yol müharibədir.

Qərbçilərə baxanda burada ən obyektiv “hakim” Rusiyadır. Regiondakı gərginlik tez olmasa da, aradan qaldırılacaq”, - o bildirib.
QHT müsabiqələri nə vaxt olacaq? - Yeni icraçı direktordan AÇIQLAMABu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elanı geçikir.

Qurum rəsmilər bunu Agentliyin yeni yaradıldılması, müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələrin olması ilə əsaslandırıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə yeni təyin olunmuş icraçı direktor Aygün Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, müsabiqələrlə bağlı hələ ki bir yenilik yoxdur.

“Olan kimi mətbuata və ictimaiyyətə bununla bağlı açıqlama veriləcək”.

Agentlikdə bundan sonra hansı yeniliklərin olacağı ilə bağlı sualı cavablandıran A.Əliyeva qeyd edib ki, ictimaiyyət bununla bağlı yaxın günlərdə məlumatlandırılacaq.

“İndi işin istiqamətlərini müəyyənləşdiririk. Hansı problemlərin olduğunu araşdırırıq. Bir neçə günlük təhlilə ehtiyacım var”.
Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…Bəlkə də on beş ildən çox olar ki, İlham Rzayev Yardımlı şəhər icra nümayəndəsi vəzifəsində çalışır. Elə təxminən o müddət də Yardımlı şəhərinin əsas küçələri təmir üzünə həsrət qalıb. Dəfələrlə cəhd etmişik ki, onunla görüşüb, bu problemlərlə bağlı fikir mübadiləsi aparaq, di gəl ki, “zat aliləri” İlham Rzayevi nə kabinetində, nə də iş başında tapa bilməmişik. Yəqin daha mühüm tapşırıq və vəzifələri icra edir. Bunun nədən ibarət olduğu isə “qaranlıqdır”.

Əcaba, bu səlahiyyət sahibinin şəhərin abadlıq-quruculuq işlərindən başqa hansı öhdəlikləri ola bilər?! Bunu elə-belə, sözgəlişi qeyd etmirik, çünki Yardımlı şəhərinin hazırki mənzərəsinə baxanda acınacaqlı vəziyyət “göz oxşayır”, ürək bulandırır. Sanki ilərdir burada daşı daş üstə qoyan olmayıb. Və sakinlərin şikayətlərinə də heç bir diqqət ayrılmayıb. Əslində onunla görüşməyə can atmaqda məqsədimiz real vəziyyətə aydınlıq gətirməkdir.

Ancaq İlham Rzayev olub atlı, biz qalmışıq piyada. Nə bilmək olar, bəlkə də bu sətirləri oxuyandan sonra insafa gəlib bir açıqlama verdi. Biz şəkillər vasitəsi ilə şəhərin üç mərkəzi küçəsinin bu günkü drumunu təqdim edirik. İnanırıq ki, cənab İlham Rzayevdən bütün bunların hesabını soruşan tapılacaq… 1-ci 2-ci şəkillər Vəli Məmmədov küçəsini, 3-cü, 4-cü şəkillər Şəhid Vüqar Nəciyev küçəsini, 5-ci, 6-cı şəkillər isə Daşkənd küçəsini əks etdirir. P.S. Bu küçələr Xəzər Aslanovun da, Sevindik Hətəmovun da dövründə həmin gündə olub. Bu problem uzun illərin problemidir və İlham Rzayevin yarıtmaz işinin nəticəsidir. Başçılar bir-birini dəyişir, amma dəyişməz qalan İlham Rzayev və onun biganəliyidir.

Elman Eldaroğlu, “Yardımlı” Xeyriyyə Cəmiyyətinin sədri
Marketdən oğurluq edən direktorun yerinə təyinatMasallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

Bu barədə Axar.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.