Bakıda şadlıq sarayında toy vaxtı ofisiantlar arasında QANLI DAVA
Dərc olunub:
29-11-2021, 12:47
Bakıda şadlıq sarayında keçirilən toy vaxtı ofisiantlar arasında dava-dalaş düşüb.
Publika.az xəbər verir ki, hadisə noyabrın 27-də gecə saatlarında baş verib. Nizami rayonu Babək prospektində yerləşən "Şəhzadə" şadlıq sarayında ofisiant işləyən Quliyev Cəmil Salah oğlu ilə Teymurlu Ərhun İslam oğlu arasında dava dalaş yaranıb. Bunu görən və qanlı olayın qarşısını almağa çalışan oranın digər işçisi Asəf Fərzəliyev araya girib. Bu zaman Cəmil Quliyev əlindəki bıçaqla ona ağır xəsarət yetirib. Döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarəti alan Asəf xəstəxanaya yerləşdirilib. Hadisəni törədən gənc qaçaraq gizlənib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.