Göygöldə it döyüşdürənlər həbs edildiGöygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Göygöl rayonunda yaşayan Məftun Hüseynli, Nofəl Hüseynov və Göygöl rayon sakini Samir Nəbiyev qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.

Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 10 sutka inzibati qaydada həbs edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda ər arvadını öldürdüNoyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonu, Pirşahı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
20 yaşlı polis VƏFAT ETDİAğdaş rayonunun Kotavan kənd sakini, 20 yaşlı polis serjantı Kamil Əhmədli Bakıda müalicə aldığı xəstəxanda vəfat edib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

İlkin məlumata görə, polis ağciyərində yaranmış problem səbəbindən vəfat edib.
Şok: insanların görünüşü dəyişəcəkTemperaturun yüksəlməsi insanların görünüşünü əhəmiyyətli dərəcədə dəyişəcək, lakin bu dəyişikliklərin özünü necə göstərəcəyini zaman göstərəcək.

Axar.az xəbər verir ki, bu barədə Misirin "Sasapost" nəşrində yayımlanan məqalədə bildirilib.

"Dəyişən ətraf mühit şəraitinə uyğunlaşmaq effektiv yaşamaq üçün açardır. Bu gün daha sürətli qlobal istiləşməni gördükcə, yalnız dəyişikliklərə uyğunlaşan növlərin sağ qalacağı aydınlaşır. Qalanları yox olmağa məhkumdur.

Qlobal istiləşmə artıq bu gün heyvanların uyğunlaşmasını sürətləndirib. Biz görürük ki, bəzi növlər yeni həyat şəraitinə uğurla uyğunlaşır, digərləri isə geridə qalır, nəsli tükənir. Bu fakt Darvinin "ən güclü olan sağ qalır" prinsipini açıq şəkildə sübut edir", - bioloq Sara Ridinq vurğulayıb.

O qeyd edib ki, insanlar isti iqlimə uyğunlaşmaq üçün daha kiçik beyinlərə hazırlaşmalıdırlar.

Alimlər isə belə hesab edirlər ki, bu, tamamilə normal təbii prosesdir, ona görə də panikaya səbəb yoxdur.
BMT: Dünyada koronavirusa qarşı vaksinasiya qeyri-kafidirDünya koronavirusa qarşı qlobal peyvəndlə ayaqlaşmır.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

"Biz olmaq istədiyimiz yerdə deyilik", - o qeyd edib. BMT rəsmisi bildirib ki, 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40% -ni peyvənd etmək planlaşdırılırdı.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş də dünya ölkələrini yeni “omikron” ştamının yayılması ilə bağlı vəziyyətlə əlaqədar nəzarət tədbirlərini gücləndirməyə çağırıb.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının sonunun bir neçə tədbirdən asılı olduğunu bildirib.

Almaniyada təhlükəli ştama yoluxanların sayı artdıAlmaniyanın Hessen federal əyalətində koronavirusun yeni “omikron” ştamına 4 yoluxma halı müəyyən edilib.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Yoluxanların hamısı hazırda karantinə salınıb.

Onların hansı ölkədən gəldiyi araşdırılır.

Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.

Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.


İsrail kəşfiyyatı ABŞ və Avropaya MƏLUMAT ÖTÜRDÜ: İran buna nail ola bilərSon iki həftə ərzində İsrail kəşfiyyat xidmətləri ABŞ və bir sıra Avropa ölkələrinə İranın uranın 90%-ə qədər zənginləşdirilməsi üçün texniki hazırlıqla məşğul olduğu barədə məlumatlar ötürüb.

Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi "Axios" portalı ABŞ-dan olan iki mənbəyə istinadən məlumat yayıb .

İsrailin ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinə təhvil verdiyi kəşfiyyat məlumatlarına görə, İranın hazırlıq işləri ona bir neçə həftə ərzində uranın müəyyən edilmiş səviyyəyə zənginləşdirilməsinə keçməyə imkan verəcək.

Portalın məlumatına görə, 90% səviyyəsinə qədər zənginləşdirilmiş uran nüvə silahının hazırlanmasında istifadə edilə bilər.

İsrail Baş Nazirinin ofisi, Xarici İşlər Nazirliyi və ölkənin Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

İyulda İranın o zamankı prezidenti Həsən Ruhani demişdi ki, onun ölkəsinin imkanları uranı 90%-ə qədər zənginləşdirmək üçün kifayətdir.

İranın nüvə proqramı üzrə JCPOA-nın bərpası ilə bağlı danışıqların yeddinci raundu bu ilin iyununda fasilədən sonra noyabrın 29-da Vyanada bərpa olunub.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib ki, İran və “beşlik” beynəlxalq vasitəçilərin (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) Birgə Komissiyasının iclası kifayət qədər uğurla başlayıb, danışıqlarda iştirak edənlər razılığa gəliblər.

“IMEI” kod nədir və nə üçün lazımdır?Azərbaycanda mobil telefon istifadəçilərinin sayı günbəgün artmaqdadır. Statistikaya görə, ölkədə aktiv olan mobil cihazların sayı 11 milyondan çoxdur. Azerforum.com xəbər verir ki, son bir ildə isə 1 milyona yaxın yeni mobil cihaz istifadə olunmağa başlanılıb. Belə olan halda mobil cihazlarla bağlı bir çox məsələlər gündəmə gəlir.

Məsələn, mobil telefon itərsə, yaxud da oğurlanarsa, nə etmək lazımdır? Bundan əlavə, ikinci əl telefon alan zaman ucuz qiymətə təklif edilən mobil cihazın oğurluq, yaxud da hansısa borc predmeti olmadığını necə müəyyənləşdirmək olar? Bütün bu problemlərin həlli üçün mobil telefonların “IMEI” kodundan yararlanmaq mümkündür. “IMEI (International Mobile Equipment Identification)” – mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilən beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən unikal nömrədir.

Müxtəlif rəqəmlərin kombinasiyasından təşkil olunan bu nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlər üçün ayrılır. İstehlaka yararlı hər bir mobil cihazın 15 rəqəmdən ibarət öz “IMEI” nömrəsi olur. Ölkəmizdə markasından asılı olmayaraq istənilən mobil telefonun “IMEI” kodunu müəyyən etmək üçün həmin cihazdan *#06# yığmaq kifayətdir. *#06# qısa nömrəsi yığılan zaman cihazın “IMEI” kodu ekranda əks olunur. Cihazın “IMEI” kodu onun qutusunun üzərində də qeyd olunur. Mobil cihazınızın “IMEI” kodunu bilən istifadəçi cihaz oğurlanan, yaxud da itirilən zaman tapılması üçün “IMEI” məlumatlarını təqdim edərək polisə müraciət edə bilər.

Bu zaman müraciət edən şəxsin təqdim etdiyi “IMEI” kod üzrə polis tərəfindən Mobil Cihazların Qeydiyyat Sisteminə (MCQS) sorğu göndərilir və cihaz aktivləşdirilən kimi yeri müəyyən olunur. “IMEI” kodu vasitəsilə, həmçinin cihazı kilidləmək də mümkündür. Bunun üçün “IMEI” kodu “qara siyahı”ya daxil etmək lazımdır. Adətən “IMEI” kodun “qara siyahı”ya daxil edilməsi cihaz oğurlandıqda, eləcə də bu və digər hallar zamanı hüquq-mühafizə orqanlarının tələbi əsasında baş verir. “Qara siyahı”ya daxil edilən “IMEI” nömrələri üzrə mobil cihazların fəaliyyəti 24 saat ərzində məhdudlaşdırılır.

Məlumat üçün bildirək ki, “IMEI” kodunun axtarışda olması, Azərbaycan Respublikasında qeydiyyatdan keçməsi, “IMEI” nömrəsinin Beynəlxalq GSM Assosiasiyası tərəfindən dəstəklənməsi, istifadəsinin məhdudlaşdırılması haqqında məlumatları imei.az saytından yoxlamaq mümkündür. “IMEI” nömrəsinin hansı mobil telefona aid olduğu haqda məlumatları isə beynəlxalq imei.info saytından əldə etmək olar
Prezident iki xanımı nazir müavini təyin etdiAzərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

Nazirliyin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
Bakıda qorxunc hadisə - 3 qardaş birgə qətl törətdiDaxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər baş Polisi İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər".