Sizin Reklam Burada

CASCFEN heyəti Eskişehirdə maraqlı görüşlər keçirib

CASCFEN heyəti Eskişehirdə maraqlı görüşlər keçiribNadir Azəri: CASCFEN-lə Eskişehirdəki QHT-lər arasında əməkdaşlıq imkanlarını müzakirə etdik

“Artıq qardaş ölkədəyik. Bu gün Eskişehirdə bir sıra önəmli görüşlər keçirdik”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində oktyabrın 19-da Eskişehirdə beynəlxalq konfrans keçirəcək: “Bu gün isə tərkibində Bakıdan və Naxçıvandan təmsilçilərimiz olan heyətimiz bir sıra görüşlər keçirdi. Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydının da iştirak etdiyi görüşlər maraqlı anlarla yadda qaldı. Öncə Eskişehir Avukat Mail Büyükerman İlkokulunda olduq. Bura səfər etməyimiz heç də təsüdifi deyil. Çünki bu okulun müəllimi Seda Gökmenin sinifi Azərbaycandan öz yaşıdalrı ilə onlayn formatda gözəl təmaslar qurublar. Seda Gökmen özü də bu yaxınlarda Bakıda səfərdə olub. Onun və dərs dediyi şagirdlərin Azərbaycan sevgisinə cavab olaraq həmin sinifə getdik. Bizi ilk olaraq okulun müdiri Ramazan Koçer qarşıladı.

Görüş zamanı maraqlı fikir mübadiləsi apardıq. Daha sonra Seda xanımın sinifində uşaqlarla görüşüb, onlara Azərbaycan bayrağı və Xarı Bülbül döş nişanı hədiyyə etdik. Bundan başqa Seda xanıma CASCFEN-in təşəkkür plaketini, müdir Ramazan Koçer bəyə də Xarı Bülbül döş nişanı təqdim etdik”.

N.Azəri deyib ki, növbəti görüş isə Eskişehir İl Sivil Toplum İlişkileri müdiri Nihat Baharla olub: “Onu qeyd edim ki, Nihat bəy bizi olduqca mehriban qarşıladı. Səmimi ortamda keçən görüşdə Azərbaycanda dövlət səviyyəsində QHT sektoruna verilən dəstək barədə N.Baharı məlumatlandırdım. Eyni zamanda CASCFEN-lə Eskişehirdəki QHT-lər arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq”.

N.Azərinin sözlərinə görə, görüşün sonunda N.Bahara CASCFEN-nin təşəkkür plaketi və Xarı Bülbül döş nişanı təqdim edilib: "Nihat bəy Xarı Bülbül döş nişanını təqdim edərkən qəhərləndi və Qarabağa səfər etmək arzusunu dilə gətirdi".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər