MM sədrinə səlahiyyət verilsin - Deputatdan təklif
Bildiyiniz kimi, bu günlərdə Niderland parlamenti Azərbaycanla bağlı iki bədnam qətnamə qəbul etdi və Milli Məclis adından onlara layiqli cavab verildi. Ona görə də hesab və təklif edirəm ki, Milli Məclisdə iclaslararası bəyanatlarla çıxış etmək üçün rəyasət heyətinin formalaşdırılmasına ehtiyac var.
Avrasiya.net xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, daxili nizamnaməyə görə, Milli Məclis sədrinin səlahiyyətlərinə müavinləri və komitə sədrləri ilə birgə illik planları hazırlayıb bunu Prezident Administrasiyası ilə razılaşdırmaq daxildir:
"Amma kollegial qurumun yaranması da müzakirə edilə bilər və ya Milli Məclis sədrinə səlahiyyət verilsin ki, iclaslararası dövrdə bəyanatla çıxış etsin. Çünki buna hazırda ehtiyac var".