Sizin Reklam Burada

İlham Əliyev Sezar kimi yeni təqvim yaradıb - Zahid Oruc

İlham Əliyev Sezar kimi yeni təqvim yaradıb - Zahid Oruc“Xalqımız 8 noyabr Zəfər, 20 sentyabr Suverenlik gününə qədər 1991-ci ildə qazandığı müstəqilliyi öz təqvimində qara haşiyənin işğalı altında qeyd edirdi. 2024-cü ilin 18 oktyabrı əsla 33 il əvvəlki tarix deyil, parlaq Vətən müharibəsinin nəticəsidir. Yulian təqvimini qalibiyyətləri ilə Roma imperiyasına bəxş edən Sezar kimi ordu və xalqı ilə birlikdə İlham Əliyev də Azərbaycanın qələbələrini simvollaşdırdı, işğal keçmişindən, məğlubiyyət, soyqırım, köçkünlük əsrindən xilas olduğu yeni təqvim yaradıb.

Müstəqilliyimizə 3 əsrlik tariximizdən baxsaq - xanlıqlar, çarizm, sovetlər və ondan sonrakı dövrdə azərbaycanlıların dövlət və millət varlığı həmişə Rusiya imperiyası və İrandan, ya da Cümhuriyyət qurucularının gedib yardım istədikləri Vudro Vilsonlardan asılı olub. I Pytordan sonra heç bir rus lideri erməniləri azərbaycanlılara qurban verməyib. İlham Əliyev 300 illik tarixin gedişini və hökmlərini dəyişdirdi, özünün dediyi kimi, qlobal layları tərpətdi. Qarabağı və Naxçıvanı xilas edən Nərimanov da, İranda azərbaycanlı davası aparan Bağırov da Azərbaycanı indiki qədər müstəqil edə bilməyib. Heydər Əliyev kursu xalqımızı həqiqi müstəqilliyə qovuşdurdu və biz indi 1991-ci ildəki oktyabrdan yox, 2020-ci ildən sonrakı yeni tarixdən danışırıq”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“2024-cü ilin müstəqillik gününün ikinci əlaməti tarixdə ilk dəfə ermənilərin kompakt yaşadığı Xankəndindən etnik təmizləmə ilə deyil, könüllü getməsidir. Bir daha vurğulayırıq ki, Ermənistandan fərqli olaraq, biz heç vaxt monoetnik dövlət olmayacağıq. Əgər Sovetlər birliyi dağılanda ərazilərimiz işğal olunmasaydı, Dağlıq Qarabağ Muxtar vilayəti qalacaqdı və indi bayramı biz ermənilərlə birgə qeyd edirdik. 1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda mövcud idilər. Beləliklə, Azərbaycanın varlığı tarixində ilk dəfə millətimiz erməni muxtariyyatı və işğalı olmadan müstəqilliyini qeyd edir.

İndiki azadlığımızın 3-cü atributu 1991-ci ildə işğalı həyata keçirənlərin öz ədalət məhkəmələrini gözləmələridir. İkinci dünya müharibəsindən sonra, 75 ildə bu heç bir dövlətə ayrılıqda müyəssər olmayıb.

Bir çox keçmiş sovet ölkəsindən fərqli olaraq, ölkəmizdə hakimiyyət Brüsseldən təyin olunmur. O cümlədən, İran dövləti qacarlardan sonra ilk dəfə müharibədə Qələbəmizdən bəhrələnmək və azərbaycanlıları Ali Dini Şura ətrafında birləşdirmək üçün Pezeşkianın timsalında bir azərbaycanlını 80 namizədin içindən xalqa rəhbər seçdi. Zəfərimizdən faydalandılar. 1905-1906-cı ilər, 1918-1920-ci illər savaşı, 1948 və 1988-ci ilin deportasiyası, ötən əsrin axırı və 2023-cü ildə sona çatan erməni-azərbaycanlı konfliktini indi əbədi qurtarmaq və daimi sülhü bərqərar etmək də məhz Azərbaycandan asılıdır”,-deyə o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər