Bakıda ər arvadını öldürdü
Noyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonu, Pirşahı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Avrasiya.net-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.