BMT: Dünyada koronavirusa qarşı vaksinasiya qeyri-kafidir
Dərc olunub:
30-11-2021, 08:17
Dünya koronavirusa qarşı qlobal peyvəndlə ayaqlaşmır.
“Report” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
"Biz olmaq istədiyimiz yerdə deyilik", - o qeyd edib. BMT rəsmisi bildirib ki, 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40% -ni peyvənd etmək planlaşdırılırdı.
Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş də dünya ölkələrini yeni “omikron” ştamının yayılması ilə bağlı vəziyyətlə əlaqədar nəzarət tədbirlərini gücləndirməyə çağırıb.
Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının sonunun bir neçə tədbirdən asılı olduğunu bildirib.